Bazar ertəsi , 14 Sentyabr 2026
Drone Cameras

Zelenski UTX-nin Xarkov üzrə rəhbərini işdən çıxarıb: “Yalnız özünü düşünürdü”

Prezident Volodimir Zelenski Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) Xarkov vilayəti üzrə rəhbəri Roman Dudini vəzifəsindən azad edib.

Boyukmillet.com xəbər verir ki, bu barədə “RBC-Ukraina” Prezidentin müraciətinə istinadən xəbər verib.

“Hər kəs qalib gəlmək üçün çalışır və çox səmərəlidir. Təəssüf ki, bunu Ukrayna Təhlükəsizlik Xidmətinin yerli rəhbərliyi haqqında demək olmaz. Mən gəldim, aydınlaşdırdım, Ukrayna Təhlükəsizlik Xidmətinin regional rəisini şəxsən işdən çıxardım. Hansı motivlərə görə – bunu hüquq-mühafizə orqanlarının əməkdaşları müəyyənləşdirəcəklər”, – Zelenski vurğulayıb.

Qeyd edək ki, Roman Dudin 2020-ci ilin martında Təhlükəsizlik Xidmətinin Xarkov vilayəti üzrə rəhbəri təyin edilib. O, bu vəzifəyə Nikolay Naydıçın yerinə təyinat alıb.

Check Also

Robert Köçəryan həbsxanada təkadamlıq kamerada saxlanılır

“Ermənistanın keçmiş prezidenti Robert Köçəryan bu yaxınlarda ürəyinə stent qoydurulduğu üçün daim kardioloqun nəzarəti altındadır”. …