Çərşənbə axşamı , 6 May 2025
Drone Cameras

Xarici diplomatların Kəlbəcərə səfəri başlayıb

Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin Kəlbəcər rayonuna səfəri başlayıb.

Boyukmillet.com xəbər verir ki, səfərin məqsədi diplomatları Ermənistanın Azərbaycan ərazilərini işğal altında saxladığı dövrdə törədilmiş vandalizm aktları barədə məlumatlandırmaqdır.

Səfərdə 50-dən çox ölkə və 10 beynəlxalq təşkilatı təmsil edən 80-dən çox diplomat və hərbi attaşe iştirak edir.

Kəlbəcərə səfər Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin işğaldan azad edilmiş ərazilərə sayca 9-cu səfəridir.

Check Also

Xankəndi, Ağdərə və Xocalıya 30 milyon manat investisiya qoyulub

Xankəndi, Ağdərə, Xocalıya 439 sahibkarlıq subyekti 30 milyon manat investisiya qoyub. Boyukmillet.com xəbər verir ki, bunu Xankəndi …