Bazar , 24 Noyabr 2024
Drone Cameras

Böyüyəndə uşaqlar üçün böyük bir məktəb olacağam!

1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günüdür.

Bu münasibət ilə növbəti müsahibimiz balaca dostlarımızdan biridir.

Bizim kimi onaların da söz haqqı və özlərinə məxsus düşüncələri var. Öz növbəmizdə biz də onlara özlərini ifadə etmək üçün şərait yaratmalıyıq. Onlar bizim gələcəyimizdir. Gözəl günlər görməklərinə nail olaq. Cəmiyyət üçün insani kefiyyətləri özündə birləşdirən fərdlər yaratdığımızı unutmayaq.

Boyukmillet.com olaraq balaca dostumuzla müsahibəni sizlərə təqdim edirik:

-Özünü zəhmət olmasa təqdim et.

Mayılzadə Fatimə Fəqan qızı.

-Neçənci sinifdə oxuyursan Fatimə?

192 saylı məktəbin 1b sinif şagirdiyəm.

-Sinif rəhbərin kimdir?

Rzayevə İradə müəllimə. Mən onu çox istəyirəm.

-Dərslərini necə oxuyursan?

Yaxşı oxuyaram və ən sevdiyim fənn riyaziyyatdır.

-Məktəbi bitirincə kim olmaq istəyirsən?

Böyüyəndə uşaqlar üçün böyük bir məktəb olacağam!

-Niyə müəllimə yox? Məhz məktəb olmaq istədiyini bildirdin?

Çünki mən onlar üçün daha çox imkanlar yaratmaq və uşaqlara dəstək olmaq istəyirəm.

Böyüyəndə bir günlük dünyanı sənə versəydilər, ilk nəyi dəyişərdin?

İnsanları birləşdirərdim. Mehriban olsunlar deyə. Kimsə ölməsin deyə, müharibələrin və uşaq ölümlərinin olmasını istəmirəm…

Fatimə, 1 iyunun nə günü olduğunu bilirsənmi?

Bəli. 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür.

Bu münasibət ilə uşaqlara nə demək istərdin?

İlk öncə ad günü olan uşaqları təbrik edirəm. Dərslərində 5 almağı və gələcəkdə böyük məktəbə qəbul olmaqlarını arzu edirəm. Uşaqlara uğur diləyirəm.

Mən də sənə uğur arzulayıram və bayramını təbrik edirəm. Bizə vaxt ayırdığın üçün çox sağ ol.

Təşəkkürlər.

Ayna Fərhad

Check Also

Deputatlığa namizəd ETİRAZ ETDİ: İcra orqanları camaatı görüşlərə gəlməyə qoymur

Artıq parlament seçkilərinə sayılı günlər qalıb. Bir çox namizədlər isə avqustun 9-dan təbliğat-təşviqat kampaniyası çərçivəsində …