Cümə axşamı , 5 Mart 2026
Drone Cameras

Zelenski: “Donbasda hər gün 100-ə qədər ukraynalı əsgər ölür”

“Hər gün Donbasdakı döyüşlərdə 100-ə qədər ukraynalı əsgər ölür, 500-ə yaxını isə yaralanır”.

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski Bratislavada keçirilən GLOBSEC beynəlxalq təhlükəsizlik forumunda deyib.

O qeyd edib ki, bu gün Ukraynanın şərqində vəziyyət çox ağırdır: “Qələbəmizə inanıram. Rusiya ilə müharibədə qalib gəlmək üçün bütün ölkələrin köməyinə ehtiyac var”.

Check Also

NATO İranın Türkiyəni hədəf almasını qınayıb

NATO İranın Türkiyəni hədəf almasını qınayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb. …