Cümə axşamı , 11 Dekabr 2025
Drone Cameras

Bayden odlu silahların satışını qadağan etmək istəyir

ABŞ Prezidenti silah dövriyyəsinə nəzarəti gücləndirmək istəyir.

Boyukmillet.com xəbər verir ki, bu barədə Bayden silahların alınma yaşının 18-dən 21-ə qaldırılmasını təklif edib.

Həmçinin saxlama qaydalarının dəyişdirilməsinin və təhlükəli hesab olunduğu halda vətəndaşdan alınması təklifi irəli sürülüb.

“Son iki onillikdə məktəb yaşlı uşaqlar polis və hərbçilər daha çox odlu silahdan açılan atəş nəticəsində ölüb. Fikirləşin! Allah xatirinə, biz nə qədər belə qırğına dözəcəyik?! Daha nə qədər günahsız amerikalı öləcək?! “Bəsdir!”,- deyə Bayden çıxışımnda bildirib.

Qeyd edək ki, nümayəndələr Palatasının Ədliyyə Komitəsi artıq müvafiq tədbirləri müzakirə edir. Onlar yaxın iki gün ərzində qanun layihəsini təqdim etməyə hazırdırlar.

Check Also

Ermənilər Moskvada da Paşinyanı etirazla qarşıladılar

Ermənistanın baş naziri Nikol Paşinyan dekabrın 11-də Moskvada Ermənistanın Rusiyadakı səfirliyi qarşısında təşkil olunmuş mitinqlə …