Çərşənbə , 1 Aprel 2026
Drone Cameras

Bakıda yollar bu tarixdən BAĞLANIR

“Formula-1” Azərbaycan Qran-prisi ilə əlaqədar Bakıda yolların bağlanacağı tarix açıqlanıb.

Boyukmillet.com xəbər verir ki, iyunun 6-da gecə saat 01:00-dan etibarən Bakı Şəhər Halqasının əhatə etdiyi prospekt və küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Hərəkət məhdudiyyəti tətbiq olunan üç zona olacaq. Bunlar İçərişəhər ərazisi, Azadlıq meydanı və onun yaxınlığında yerləşən küçələr, həmçinin BMT-nin 50 illiyi küçəsinin keçdiyi ərazidir.

Hərəkət iyunun 14-də səhər saatlarından etibarən bərpa olunacaq. 

Check Also

Sürücülərə XƏBƏRDARLIQ – Diqqətli olun

Hazırda paytaxt ərazisində bəzi yol sahələrində duman müşahidə olunur. Görmə məsafəsinin məhdudlaşması nəqliyyat vasitələrinin hərəkətinə …