Cümə , 22 Noyabr 2024
Drone Cameras

Ərdoğan: “Azərbaycanla Cənub Qaz Dəhlizinin genişləndirilməsinə önəm veririk”

“Hər sahədə olduğu kimi, enerji sahəsində də can Azərbaycanla əməkdaşlığımız ölkələrimiz və bölgələrimiz üçün strateji əhəmiyyətə malikdir”.

Boyukmillet.com xəbər verir ki, bu, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iyunun 4-də Şuşada Bakı Enerji Həftəsi çərçivəsində keçirilən xüsusi sessiyanın iştirakçılarına ünvanladığı məktubda öz əksini tapıb.

“Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri və TANAP kimi meqa infrastruktur layihələrini həyata keçirməklə yerli və qlobal enerji təhlükəsizliyinə həyati töhfələr verdik. Hazırda onurğa sütunu TANAP olan Cənub Qaz Dəhlizi Avropanın dördüncü təbii qaz arteriyası mövqeyindədir. Bu günədək Cənub Qaz Dəhlizi üzərindən Türkiyəyə 15 milyard kubmetr, Avropanın digər ölkələrinə isə 10 milyard kubmetr təbii qaz ötürülüb. Qardaşım İlham Əliyevlə birlikdə münasibətlərimizi müttəfiqlik səviyyəsinə yüksəltdiyimiz Şuşa Bəyənnaməsində də vurğuladığımız üzrə Cənub Qaz Dəhlizinin həcminin artırılmasına önəm veririk”, – deyə məktubda qeyd olunub.

“Beynəlxalq plandakı mövcud irəliləyişlər atdığımız addımların nə qədər dəqiq olduğunu göstərir. Türkiyə-Azərbaycan əməkdaşlığının Avropanın enerji təhlükəsizliyi üçün daşıdığı həyati önəm artıq daha yaxşı başa düşülür. Qardaşım İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın bərpa olunan enerji sahəsində ortaya qoyduğu baxış regional sabitlik və rifah baxımından yol göstəricisi olur. Bu baxımdan, Qarabağ və Şərqi Zəngəzurun “yaşıl enerji bölgəsi” elan edilməsi son dərəcə dəqiq addımdır. Enerji və enerji təhlükəsizliyinin əhəmiyyətinin getdikcə artdığı bir dövrdə tərtib edilən Bakı Enerji Həftəsinin uğrunun davamını arzulayır, bütün iştirakçıları səmimi qəlbdən salamlayıram”, – deyə Türkiyənin dövlət başçısı qeyd edib.

Qeyd edək ki, məktubu Rəcəb Tayyib Ərdoğanın adından Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı oxuyub.

Check Also

Azərbaycanın “Qaz qambiti” ilə bağlı məqalə skandal yaratdı: Bakı təkzib istəyir

Azərbaycanın Rusiyadan qaz idxalı siyasi açıqlama və rəsmi rəqəmlərdə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının …