Bazar ertəsi , 9 Fevral 2026
Drone Cameras

İyunun 15-dən çimərlik mövsümü başlayır

İyunun 15-dən Azərbaycanda çimərlik mövsümü açıq elan ediləcək.

Boyukmillet.com-un xəbərinə görə, çimərlik ərazilərinin təmizlənməsi ilə bağlı müvafiq qurumlara Bakı Şəhəri İcra Hakimiyyətinin tapşırıqları verilib.

Qeyd edək ki, Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi ilə birgə mayın 16-dan etibarən Xəzər dənizinin çimərlik ərazilərində monitorinqlərə başlayıblar. Monitorinq nəticələrinin yaxın günlərdə ictimaiyyətə təqdim edilməsi nəzərdə tutulub.

Check Also

Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

Bu gün Binəqədi rayonu Ziya Bünyadov prospektində yerləşən “İdrak” liseyində 10-cu sinif şagirdi tərəfindən güllələnən …