“Ermənistanın yalnız zibilə görə onluqda yer alması hardasa məntiqlidir”
Ermənistan dünyada əhalinin sayına görə ən çox zibil toplanan 10 ölkə sırasına daxildir. “USA Today”ın verdiyi məlumata görə, bu göstəricilər üçün Dünya Bankının iri zibil toplayıcıları barədə qlobal informasiya bazası əsas götürülüb.
O da məlum olub ki, birinci yeri Kanada tutub. 2017-ci il göstəricilərinə görə, ölkənin hər bir sakininə 36 min ton zibil düşür. İkinci yerdə Bolqarıstan gəlir. Burada hər bir sakinə 26,7 ton tullantı düşür. Üçüncü yerdə isə ABŞ gəlir. Orada hər sakinə 26 ton zibil düşür. Sonrakı yerlər belə gəlir: Estoniya adambaşına 23,5 ton, Finlandiya adambaşına 16,6 ton, Ermənistan adambaşına 16,3 ton, İsveç adambaşına 16,2 ton, Lüksemburq adambaşına 11,8 ton, Ukrayna adambaşına 10,6 ton, Serbiya adambaşına 8,9 ton.
Bu nəyi göstərir? Bu onu göstərir ki, Ermənistan ancaq zibil toplanmasına dair onluqlarda yer ala bilər. Digər parametrlərə görə Ermənistan ön mövqelərdə ola bilməz. Söhbət müsbət iqtisadi və digər göstəricilərdən gedir. Müqayisə üçün qeyd edək ki, Azərbaycan zaman-zaman dünyanın bir sıra nüfuzlu reytinq cədvəllərində ilk onluqda, 20-likdə yer alır. Dəfələrlə Azərbaycan bu göstəricilərə görə fərqlənib. Ermənistan isə bu cür reytinq cədvəllərində ön sırada yer almayıb. Ermənistan, olsa-olsa, zibil toplanmasında önə keçib. O baxımdan, yaranan bu vəziyyəti ekspertlər necə dəyərləndirirlər?
- Seyid Camal Əzimbəyli: “Bu ölkə heç bir göstəriciyə görə Azərbaycanla müqayisə oluna bilməz”
Məsələyə münasibət bildirən şərqşünas Seyid Camal Əzimbəylinin sözlərinə görə, Ermənistanın yalnız zibilə görə onluqda yer alması hardasa məntiqlidir: “O mənada ki, Ermənistana yalnız zibil yaraşır. Çünki ermənilər harada olurlarsa, öz zibil xislətlərini büruzə verirlər. Bu, məsələnin bir tərəfi. Məsələnin digər tərəfinə gəldikdə isə, Ermənistan heç bir göstəriciyə – nə iqtisadi, nə humanitar-mədəni, nə də digər parametrlərə görə Azərbaycanla müqayisə oluna bilməz. Azərbaycan illərdir bir sıra beynəlxalq tədbirlərə evsahibliyi edir. Azərbaycan regionda həyata keçirilən enerji və nəqliyyat layihələrinin ərsəyə gətirilməsində aparıcı rol oynayır. Azərbaycan “ASAN xidmət” brendini ortaya qoyub. Ölkəmiz iqtisadiyyatın şaxələndirilməsi ilə bağlı sistemli islahatlar həyata keçirir. Ermənistan nə əldə edib? Hələ elə bir mütərəqqi sahə yoxdur ki, Ermənistan orada ön sırada yer alsın. Bütün bunlar işğalçı Ermənistanın nə qədər geri qalmış ölkə olduğunu açıq şəkildə göstərir”.
Vidadi ORDAHALLI