Cümə , 22 Noyabr 2024
Drone Cameras

“Şuşada Azərbaycanın “yaşıl enerji” gələcəyinin müqəddəratını həll edən tarixi addımlar atılıb” – RƏY

“Şuşada 4 iyunda Energetika Nazirliyinin Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Masdar” şirkəti ilə 4 QVt yaxud 4 000 MVt gücündə bərpa olunan enerji və hidrogen layihələri üzrə imzaladığı İcra müqavilələri bir neçə məqama görə tarixi hadisədir”.

Boyukmillet.com xəbər verir ki, bunu adıçəkilən müqavilələri şərh edərkən energetika nazirinin müşaviri Zəminə Əliyeva bildirib.

Z.Əliyeva əlavə edib ki, bu müqavilələr quruda QVt gücündə günəş və 1 QVt gücündə külək enerjisi, dənizdə QVt gücündə inteqrasiya edilmiş külək və “yaşıl hidrogen” layihələrinin həyata keçirilməsini nəzərdə tutur:

“Bu da Azərbaycanda və regionda bərpa olunan enerji sahəsində ən böyük külək, günəş elektrik stansiyalarının inşası, hidrogenlə bağlı ilk addım deməkdir. Müqayisə üçün deyə bilərik ki, hazırda ölkəmizin ümumi elektrik enerjisi istehsalı gücü 7 944 MVt-dan bir qədər çoxdur. Burada bərpa olunan enerji mənbələrin payı 1 312 MVt-dır. Yəni bu yeni layihələr mövcud ümumi istehsal güclərinin, təxminən, yarısına, bərpa olunan enerji güclərinin isə təqribən 4 qatına bərabərdir.

Deməli, bu meqa layihələrin yaradılması Azərbaycanın enerji sisteminin bərpa olunan enerji mənbələri əsasında inkişafını təmin edəcək transformativ proseslərdə dönüş olacaq. Azərbaycanın enerji balansında nisbətin “yaşıl enerji”nin xeyrinə dəyişməsinin drayveri olacaq. Azərbaycanı bərpa olunan enerji üzrə iddialı hədəflər irəli sürən ölkələr sırasına daxil edəcək”.

Z.Əliyeva bildirib ki, həmçinin “Masdar”la imzalanan dənizdə 2 QVt gücündə müqavilə əsasında isə tarixdə ilk dəfə olaraq Xəzər dənizində Azərbaycan vasitəsilə külək enerjisi potensialından istifadə edilməklə elektrik enerjisinin və hidrogenin istehsalı-ixracı ilə bağlı layihələrin reallaşması istiqamətində işlərə başlanılır: “Bu hələ hamısı deyil. Bu müqavilələr 4 min meqavatlıq güclərin yaradılması ilə yanaşı bu həcmlərdən artıq yeni güclərin yaradılması istiqamətində imkanların dəyərləndirilməsini də əhatə edir.

Buradan gəlinən digər nəticə isə budur. Bu müqavilələrlə Azərbaycana 10 milyardlarla “yaşıl” xarici investisiya gətiriləcək. Ona görə də Şuşada Azərbaycanın “yaşıl” enerji gələcəyinin müqəddəratını həll edən tarixi addımlar atıldı.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin hər məsələdə olduğu kimi “yaşıl enerji” ilə bağlı da dəqiq proqnozlaşdırmaya əsaslanan inkişaf kursu çərçivəsində tərəfdaşımız “Masdar” şirkəti ilə əməkdaşlığımızın bu yeni səhifəsi ölkəmizin enerji gələcəyinin də parlaq səhifəsi olacaq”.

Check Also

Azərbaycanın “Qaz qambiti” ilə bağlı məqalə skandal yaratdı: Bakı təkzib istəyir

Azərbaycanın Rusiyadan qaz idxalı siyasi açıqlama və rəsmi rəqəmlərdə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının …