Bazar ertəsi , 25 Noyabr 2024
Drone Cameras

Aqrar Sığorta Fondu tərəfindən Türkiyədən peşəkar 10 müstəqil ekspert cəlb edilib

Son günlərdə ölkə ərazisindəki qeyri-sabit və dəyişkən hava şəraiti ilə əlaqədar olaraq təsərrüfat sahibləri xeyli miqdarda zərərlə üzləşib. Məxsusən geridə qoyduğumuz günlərdə respublikanın Şəki-Zaqatala, Dağlıq Şirvan, Aran, Qarabağ, Lənkəran-Astara və digər bölgələrində baş vermiş dolu, fırtına, sel və ya subasma, həmçinin də üçüncü şəxslərin hərəkətləri nəticəsində əkin sahələrinə çox ciddi ziyan dəyib.

Aqrar sığorta mexanizmi məhz yuxarıda sadalanan hallarda təsərrüfat sahiblərinin üzləşdiyi zərərləri qarşılamaq və onların növbəti əkin illərində də davamlı fəaliyyətinin təmin edilməsində müstəsna rola malikdir. Ölkə ərazisindəki 285 min hektara yaxın əkin sahəsi dövlət dəstəyi və güzəşti ilə aqrar sığorta təminatı altına alınıb. Aparılan ilkin qiymətləndirməyə əsasən sığortalanmış əkin sahələri 278 mln. manat məbləğində risk daşıyır.

Qeyd etmək gərəklidir ki, sığorta təminatı verilmiş təsərrüfat sahələrinin 30 min hektarı qismən və ya tamamilə zərərə uğrayıb. Məhz son dövrlərdə baş vermiş təbii fəlakətlər nəticəsində ziyan dəymiş əkin sahələrinindəki zərər miqdarının ən qısa zamanda qiymətləndirilməsi və ödənişlərin həyata keçirilməsi üçün Aqrar Sığorta Fondu bütün imkanları ilə səfərbər olub. Belə ki, bu prosesinin sürətləndirilməsi üçün görüləcək müvafiq işlərə dəstək və təcrübə mübadiləsi məqsədilə qardaş ölkə – Türkiyə Respublikasından bu sahədə olduqca peşəkar 10 müstəqil ekspert də cəlb edilib.

Dəymiş ziyanın vaxtında qiymətləndirilməsi və üzləşilən zərərlərin qarşılanması üçün aqrar sığortalıların məhsul yığımı və ya biçin tarixindən öncə ən qısa zamanda baş vermiş hadisə barəsində Aqrar Sığorta Fondunun çağrı mərkəzinə, yəni 1651 qaynar xəttinə məlumat verməsi tələb olunur.

Check Also

Azərbaycan Ümumdünya Əqli Mülkiyyət Təşkilatı ilə əməkdaşlığı müzakirə edib

Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri ölkəmizin kənd təsərrüfatı sektorunun potensialını gücləndirmək və beynəlxalq əməkdaşlığı dərinləşdirmək məqsədilə …