Bazar , 22 Dekabr 2024
Drone Cameras

Türkiyədə dollar sürətlə bahalaşır

Türkiyədə ABŞ dollarının cari məzənnəsi yeni psixoloji və tarixi rekord səviyyəyə – 3,30 TRY/USD-yə yaxınlaşır. 

“Report”un analitik qrupu bildirir ki, dolların məzənnəsi ABŞ seçkilərinin nəticlərinin açıqlandığı noyabrın 9-da 3,3053 TRY/USD səviyyəsinə yüksəldikdən sonra bir qədər azalsa da, yenidən artmağa başlayıb və hazırda 3,29 TRY/USD həddini keçib: “Türkiyədə dolların güclənməsinə əsas səbəb ABŞ valyutasının qlobal bazarda möhkəmlənməsi, Türkiyədəki geosiyasi vəziyyət, ölkənin yüksək xarici borcu, ticarət balansında böyük həcmdə olan kəsirlə bağlıdır”. 

“Report”un analitikləri qlobal iqtisadiyyatın zəifləməsi və inkişaf etməkdə olan ölkələrin milli valyutalarının devalvasiyası, həmçinin ABŞ-da uçot dərəcəsinin artması ilə dünya kapitalının bu ölkəyə axması fonunda türk lirəsi aktivlərindən sürətlə çıxış yaşanacağını, nəticədə, lirənin ucuzlaşacağını proqnozlaşdırır: “Daha əvvəl Türkiyədə dolların məzənnəsinin ilin sonuna qədər 3,30 TRY/USD-yə çatacağını ehtimal edirdiksə, hazırda bu proqnozu 3,40 TRY/USD-yə kimi artıra bilərik. 2017-ci ilin ilk yarısında isə məzənnənin 3,80 TRY/USD səviyyəsinə qədər artması mümkündür”. 

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir