Bazar , 28 May 2023

MTRŞ-nın şöbə müdiri: “Əminəm ki, hazırda “Səni axtarıram” verilişində neqativ hallara yol verilmir”

Milli Televiziya və Radio Şurası (MTRŞ) Xoşqədəm Hidayətqızının müəllifi olduğu “Səni axtarıram” verilişi ilə sosial şəbəkələrdə yayılan kadrlara münasibət bildirib.

Şuranın şöbə müdiri Təvəkkül Dadaşov “Report”a bildirib ki, “Meydan TV” 2014-cü ildə olub-bitmiş kadrarxası məsələləri gündəmə gətirib: “Bəzi jurnalist dostlarımız da bu barədə bizdən açıqlama istəyir. Mən də deyirəm ki, nə cavab verə bilərəm? Axı, həmin kadrlar efirə getməyib. Biz efirdə getməyən materiala necə qarışaq? Digər tərəfdən, həmin faktlar ortaya çıxanda telekanal öz tədbirini gördüyünü bildirmişdi. Əminəm ki, layihənin indiki davamında əvvələr baş verdiyi deyilən neqativ hallara yol verilmir və verilməz də. Çünki orada buna şərait yaradılmaz”.

Check Also

Niderland səfiri Azərbaycanı təbrik edib

Niderlandın Azərbaycandakı səfiri Pauline Eizema 28 May- Müstəqillik Günü münasibətilə Azərbaycan dövləti və xalqını təbrik …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir