Bazar , 24 Noyabr 2024
Drone Cameras

Liderini müdafiə etməyə cəsarəti çatmayan Əli Kərimovun susqunluğunun üç səbəbi – SƏNAN NƏCƏFOV YAZIR

Dünən youtuber Sevinc təəssüf ki Osmanqızının qonaqlarından biri, heç vaxt erməni olduğunu danmayan, burada xəyanətlə məşğul olduğu vaxtlarda xaricdən aldığı qrantlarla ermənilərlə birgə layihələr həyata keçirən, vergidən yayındığı üçün həbs olunmuş, “ay ölürəm, ay son nəfəsimdir” şivəni salan, Prezidentə yalvarış dolu məktublar yazan, həbsden çıxandan sonra erməni həyat yoldaşı ilə ölkədən qaçan, Avropada əjdahaya dönən, Azərbaycan əlehinə hədyanlar yağdıran, hətta qatıldığı toplantılardan birində “Azərbaycan Suriyadan da təhlükəli terror ölkədir” deyən Leyla Yunus idi. Müsahibə haqda çox danışmayacam, siz də təkrar baxıb ürəyinizi bulandırmayın. Həmin söhbətdən bir məqamı və maskası cırılan 3 simanı göstərəcəm. Əslində biz bu 3 nəfəri tanımışıq və tanıdırıq, qalır bircə manipulyasiyalarla beyinləri yuyulmuş sıravi istifadəçilər. Həmin müsahibədə Arşalyusun gəlini Leyla tam özü idi. Yəni bunu tanıtmağa çox ehtiyac yoxdur. Tipik iyrənc və murdar erməni düşüncəli bir harsın(qadın) və o, həmişəki kimi ağzına, ağlına gələni yayır, danışır, ittiham edirdi. Və bir məqam oldu ki, Arşalyusun gəlini, erməni xüsusi xidmətinin əbədiyaşar agenti AXC-nin sədri, mərhum Əbülfəz Elçibəyi KGB agenti adlandırdı, onun haqqında da olmazın sözlərini dedi. Yenilik deyil, bəllidir. Hər zaman bu mövqedə olub. Amma burada görməməyimiz mümkün olmayan Kərimov Əlinin sima(sızlığı)sıdır. Bu müddət ərzində Kərimov Əli bir dəfə də olsun Arşalyusun gəlininin dedikləri haqda bir kəlmə də olsun işlətmədi, etiraz etmədi, təkzib etmədi. İndi qoca professor Milli Şura sədri etiketi ilə social şəbəkələrə çıxardıb, məsələni ört-basdır edir. Başqa vaxtı Elçibəy üçün onu etdim, bunu etdim, ona görə asaram, kəsərəm, mən elə, mən belə deyən Kərimovun Arşalyusun gəlininin sözləri qarşısında susmağı diqqətdədir. Nədi, quzuların susqunluğumu, ya başqa səbəb var?
Səbəb 1. Kərimov Əli onu xaricdən gələn qrantlarla təmin edən, layihələrə qoşan Azərbaycandan qaçmış mühacirlərin qrant ANAsı Leyla Yunusla arasını korlamaq istəmir. Yani bunu cəsarəti çatmır. Boş-boş Elçibəy lider olub, mən onun yanında olmuşam deyib yalan danışmaqla, indiki gəncləri nağıllarla aldatmaqla deyiil ki. Adam üçün daha vacib dəyərlər var. Həmin dəyərlərə çatmaq üçün isə qrant anasına güldən artıq söz deyə bilməz.
Səbəb 2. Zətən biz bu Kərimovu tanımışıq. Yani məhz bu mövqedə olan Kərimovu. Bu adam ömrü boyu, siyasi fəaliyyət(sizlik)də olduğu üddətdə Elçibəyə qarşı bu mövqedə olub. Kurasyasında olan qəzetlərdə Elçibəy haqda ağzına, ağlına gələni yazdıran adamdır da. Bizə tanıdacaqlar Kərimovu? İndi “qrant anası” deyirsə, əslində Kərimovun könlündən keçənləri təkrarlayırsa nəyə etiraz etsin? Verbal və meta mesaj uyğundur.

 Səbəb 3. Kərimov Əli də Leyla Yunus və Sevinc Osmanqızının iştirakçısı olduğu anti-Azərbaycan şəbəkəsinin vintlərindən biridir. Yani Azərbaycan əlehinə fəaliyyət göstərən beynəlxalq təşkilatların, QHT-lərin (Avropa Erməniləri Federasiyası, PİN, Açıq Cəmiyyət və s.) maliyyəsinin erməni lobbisindən gəldiyi bəllidir, bunlar da iştirakçıdılar. Pulu ötürən erməni lobbisi (diasporu, mafiası, xüsusi xidmət orqanları), paylaşdıran Leyla, alan bunlar. Əgər Leyla deyirsə, demək sifariş budur, onu təkzib etmək oyun qaydalarına ziddir. Bir fikrini təkzib edərsənsə vurub burnunu əzəzrlər, pulunu kəsərlər, şəbəkədən çıxardarlar. İndiki halda Kərimova heç sərf etmir.
Nəhayət siması görünənlərdən sonuncusu- Sevinc təəssüf ki Osmanqızı…Bəllidir ki, informasiya müharibəsində əsas prinsiplərdən biri qarşı tərəfin, hədəfə alınan gücün bütün işlərini gözdən salmaq, ləkələməkdir. Bu zaman həm də ümumi dəyərlər hədəfə alınır, gözdən salınır ki, xalq, kütlə, auditoriya üçün bu dəyərlər adiləşsin, heçə dönsün. Osmanqızının da Elçibəylə bağlı deyilənlərə reaksiya verməməsi məhz bu məqamla bağlıdır. İndi jurnalist tərəfsizliyi, ədalət, peşə etikası zad danışa bilərsiniz və dərhal şapalaq gələr ağız üstündən. Bəs, İlham Əliyev, indiki hakimiyyətlə bağlı danışanda, danışılanda etdiyi müdaxilələr, atdığı replikalar, qızışdırıcı, yönləndirici şərhləri? Yani Osmanqızının mövqeyi planlı idi və o da deyilənlərlə razılaşırdı. Səbəb?Elçibəyin söydürülməsi tapşırıq deyil. Tapşırıq başqa iş üçündür. Bildiyimiz kimi Elçibəyin xanımı ötən ay dünyasını dəyişib. Allah rəhmət eləsin. Mərhumənin nəşinin ölkəyə gətirilməsindən tutmuş digər dəfn və mərasim xərcləri 1-ci Vitse-prezident Mehriban xanım Əliyevanın diqqətində olub. Aydındır ki, Mehriban xanımın xalqın adət-ənənələrinə, keçmişinə hər zaman dəyər verir. Bu dəfə də hər zaman etdiyini təkrarladı və bir zamanlar ölkənin birinci xanımı olmuş bir insana haqq etdiyini verdi.
Belə vəziyyətdə Osmanqızı və anti-Azərbaycan şəbəkəsi nə etməlidir? Mehriban xanımın bu humanist addımına qarşı nə tədbir görə bilərlər axı? Qorxurlar, narahatdılar, çünkü bu millətin dəyərlərinə necə sahib çıxdığını görürlər. İncə məqamdır, özlərini tam yandıra bilməzlər. Anlayılar ki, batdıqca batırlar. Leyla Yunus canlı yayıma çıxardılır, Elçibəy hədəfə götürülür. Əvvəlki umu-küsülər bir tərəfə, sonuncu məqama görə gözdən salınır. Vəssallam bu qədər sadə.
Qaldı Əli Kərimova. Bəli, anti-Azərbaycan şəbəkəsi efirdədir. Öz aralarında paslaşırlar, Kərimov olur zorən “ildırımötürən”. Budur siyasətçinin son portreti. Bundansa siyasətdən getmək daha yaxşıdır

Sənan NƏCƏFOV

Check Also

Azərbaycan jurnalistə təzminat ödəyəcək

AİHM jurnalistin ifadə azadlığının pozulduğunu təsdiqləyib Avropa İnsan Hüquqları Məhkəməsi “Azadlıq” qəzetinin və onun keçmiş …