Bazar , 19 Yanvar 2025
Drone Cameras

Azərbaycan Respublikasının Xarkovdakı fəxri konsulu Poltava vilayətinin rəhbərliyi ilə görüşüb

Fəxri konsul Əfqan Salmanov, Poltava Hərbi Administrasiyasının sədri Dmitri Lunin, onun humanitar məsələlər üzrə müavini Yekaterina Rıjeçenko və Poltava Milli Pedaqoji Universitetinin Psixologiya kafedrasının fəxri professoru Vladimir Morqun ilə görüşüb.

Boyukmillet.com xəbər verir ki, görüşdə Xarkov vilayətindən Poltava vilayətinə təxliyə edilmiş azərbaycanlılar və Poltava vilayəti ilə Azərbaycan arasında əməkdaşlığın perspektivləri müzakirə edilib.

Fəxri konsul Əfqan Salmanov bildirib ki, Konsulluq bu çətin dövrdə regionda yaşayan azərbaycanlılara və ümumən ehtiyacı olan insanlara daima lazımi dəstək göstərməkdədir.

Görüşün yekununda Dmitri Lunin Azərbaycan Respublikasından dəstək üçün göstərilən humanitar yardıma görə ölkəmizə təşəkkür edib. Tərəflər dostluq və qarşılıqlı hörmət əlaməti olaraq bir-birlərinə xatirə hədiyyələri təqdim ediblər.

Ayna Fərhad

Check Also

Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiyası ilə əlaqədar istiqamətlər müəyyənləşib

Görüş Şahin Mustafayev və Mher Qriqoryanın sədrliyi ilə reallaşıb Yanvarın 16-da Azərbaycanla Ermənistan arasında dövlət …