Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Nazir müavini: “Cənubi Qafqazın üç ölkəsi regionun inkişafı üçün əməkdaşlıq etməlidir”

“Cənubi Qafqazın üç ölkəsi regionun sabitliyinə və inkişafına nail olmaq üçün əməkdaşlıq etməlidir”.

Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov IX Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Cənubi Qafqaz, barışıq, əməkdaşlıq və inteqrasiya” adlı paneldə deyib.

“Münasibətlərin normallaşması yolu asan deyil və biz nəhayət, Ermənistandan daha ardıcıl yanaşma gözləyirik. Bizim bununla bağlı baxışımız odur ki, regionun inkişafına nail olmaq üçün üç ölkə əməkdaşlıq etməlidir. Əgər Ermənistanın təcavüzü olmasaydı, biz bunu çoxdan edərdik”, – nazir müavini bildirib.

E.Məmmədov Ermənistanın Azərbaycana qarşı ərazi iddialarından imtina etməsinin vacibliyini vurğulayıb.

Check Also

Türkiyəli nazirdən Bakıda Zəngəzur dəhlizi mesajı

“Son zamanlarda şərq-qərb istiqamətindəki ticarəti dəstəkləmək məqsədilə şimal-cənub istiqamətində də bəzi dəhlizlərin ortaya çıxdığını bilirik”. …