Şənbə , 13 Dekabr 2025
Drone Cameras

Jurnalistlər üçün “Həyəcan siqnalı-2” layihəsi keçiriləcək

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə dekabrın 9-12-də Bakıda jurnalistlər üçün “Həyəcan siqnalı-2” layihəsi keçiriləcək.

AZƏRTAC xəbər verir ki, layihənin məqsədi gənc jurnalistlərin hərbi sahədə biliklərini artırmaq, hərbi gərginlik zamanı informasiyanın cəmiyyətə düzgün çatdırılmasına yardımçı olmaqdır.

Layihə çərçivəsində müxtəlif media orqanlarında fəaliyyət göstərən 25 gənc jurnalistin “Son dövrün ekstremal jurnalistika təcrübəsi”, “Müxbirin ekstremal şəraitdə davranış metodları”, “Müharibə jurnalistikasının qaydaları ilə bağlı nəzəri və praktik bilikləri” artırılacaq.

Check Also

Kiberpolisdən “Qarabağ” – “Ayaks” oyunu ilə bağlı əməliyyat – Saxlanılanlar var

Daxili İşlər Nazirliyi Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KMBİ) dekabrın 10-da Çempionlar Liqasının növbəti mərhələsində Tofiq …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir