Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Bakı Limanı Özbəkistanın quru limanları ilə ticarət imkanlarını genişləndirir

Bakı Limanı ilə Özbəkistanın quru limanları, eləcə də logistika şirkətləri arasında ticarət imkanlarının genişləndirilməsi müzakirə edilib.

Boyukmillet.com xəbər verir ki, Özbəkistan hökumətinin yüksək vəzifəli rəsmiləri, biznes qurumlarının nümayəndələri və Özbəkistanın Azərbaycandakı səfirliyinin diplomatları Bakı Limanın qonağı olub.

Qeyd edilib ki, bu gün Özbəkistanın nəqliyyat və logistika siyasətinin tənzimlənməsinə və idarə olunmasına cavabdeh olan Özbəkistan Hökumətinin nümayəndələri Bakı Limanına səfər edib və Bakı Limanının rəhbərliyi ilə səmimi görüşdə iştirak ediblər. Görüş Bakı Limanı ilə Özbəkistanın quru limanları, eləcə də logistika şirkətləri arasında mövcud əməkdaşlıq sahələrini və strateji əlaqələri müzakirə etmək üçün önəmli fürsət yaradıb.

Hər iki ölkənin nümayəndələri limanlar arasında mövcud logistika və nəqliyyat əlaqələrinin inkişafı məqsədilə investisiya və ticarət resurslarının cəlb olunması və ticarət imkanlarının genişləndirilməsinə əlverişli mühitin yaradılması üçün bundan sonra da intensiv səylər göstərəcəklərini vurğulayıblar.

Özbəkistan nümayəndə heyətinin tərkibində investisiyalar və xarici ticarət nazirinin birinci müavini Laziz Kudratov, Nəqliyyat nazirinin müavini Casurbek Çoriyev, “Özbəkistan dəmir yolları” SC-nin İdarə Heyətinin sədr müavini vəzifəsini icra edən Akmal Kamalov, “Uztemiryulkonteyner” ASC-nin İdarə Heyətinin sədri Abdumalik Kamilcanov, Özbəkistanın Bakıdakı səfirliyinin, müxtəlif biznes şirkətlərinin nümayəndələri təmsil olunurdu.

Hər iki ölkənin nümayəndələri limanlar arasında mövcud logistika və nəqliyyat əlaqələrinin inkişafı məqsədilə investisiya və ticarət resurslarının cəlb olunması və ticarət imkanlarının genişləndirilməsinə əlverişli mühitin yaradılması üçün bundan sonra da intensiv səylər göstərəcəklərini vurğulayıblar.

Check Also

AYNA: Daha 34 daşıyıcıya 62 xidmət üzrə fərqlənmə nişanları verilib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) daha bir neçə taksi …