Cümə axşamı , 5 Noyabr 2026
Drone Cameras

İspaniya mətbuatı Azərbaycan ordusunun keçirdiyi hərbi təlimlərdən yazır

İspaniyanın terra.es portalı “Azərbaycan Qarabağ cəbhəsi yaxınlığında böyük hərbi təlimlərə başlayıb” sərlövhəli yazı dərc edib.

Azərbaycanın rəsmi orqanlarına istinadən təlimlərə 60 min hərbçinin, 50-dən çox təyyarə və helikopterin, 150-dən artıq tank və zirehli texnikanın, 700-dək qurğu və sistemin cəlb olunduğu bildirilir.

Məqalədə deyilir ki, hərbi təlimlərin başlanması Azərbaycan Prezidenti İlham Əliyevin cəbhə xəttinə səfəri ilə üst-üstə düşüb.

Yazıda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi haqqında qısa məlumat verilib, Ermənistanın Qarabağ və ətraf rayonları işğal altında saxlaması qeyd olunub.

 

AZƏRTAC

Check Also

Ermənistanda Serj Sarkisyanın sabiq administrasiya rəhbəri daxil olmaqla 36 nəfər saxlanıldı

Ermənistan İstintaq Komitəsi dövlətə məxsus “ENA” (Electric Networks of Armenia) şirkətinə dəymiş ziyanla bağlı 36 …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir