1919-cu ilin oktyabrı: İrəvanda Daşnaksütyun partiyasının IX qurultayı keçirilir. Daşnak Şaan Natalinin təşəbbüsü 41 nəfərlik “ölüm siyahısı” tərtib edilir və qondarma soyqırımına görə erməni terrorçular ova çıxırlar.
Bu əməliyyata qədim yunan ilahəsi “Nemezidan”ın adından ilhamnaraq, “Nemezis” adını verirlər. Əməliyyatın həyata keçirilməsi üçün Ermənistanın ABŞ-dakı elçisi Armen Qaronun rəhbərlik etdiyi xüsusi orqan yaradılır. Şaan Natali və Qriqor Merdjanov əməliyyatın maddi dəstəyini həyata keçirirlər. Özünü türk tələbə kimi təqdim edəın Qraç Papazyan mühacirətdəki türklər haqqında informasiya toplayır. 3-4 nəfərdən ibarət “qətl qrupları” formalaşdırılır. Əməliyyatın əsas mərkəzləri İstanbulda “Çakatmart” və Bostondakı “Draşok” qəzetlərinin redaksiyası idi. Və qətllər başlandı.
Tbilisi, 1920-ci il 19 iyun: Azərbaycan Demokratik Respublikasının keçmiş baş naziri Fətəli xan Xoyski qətlə yetirilir, keçmiş ədliyyə naziri Xəlil bəy Xasməmmədpv yaralanır. Qətlin icraçıları Aram Yerkaryan və Misak Kirakosyan idi.
Tbilisi, 1920-ci il 19 iyul: Azərbaycan parlamentininin keçmiş sədr müavini Həsən bəy Ağayev qətlə yetirilir.
Berlin, 1921-ci il 15 mart: Osmanlı imperiyasının keçmiş daxili işlər naziri Tələt paşa erməni terrorçu Soqomon Teyleryan tərəfindən qətlə yetirilir.
İstanbul, 1921-ci il 18 iyul: Azərbaycanın keçmiş daxili işlər naziri behbud xan Cavanşir erməni terrorçuları Misak Torlakyan, Edvard Fundukyan və Arutun Arutunyans ərəfindən qətlə yetirilir. Misak Torlakyan Britaniya hərbi tribunalının qarşısına çıxarılır, lakin qətli törədərkən, “affekt” vəziyyətdə olduğu bəhanə edilir və cəzasız qalır.
Roma, 1921-ci il 5 dekabr: Osmanlı imperiyasının keçmiş sədr-əzəmi Səid Hilmi Paşa A rşavir Şirakyan tərəfindən qətlə yetirilir. Erməni terrorçu qətli icra edəndən sonra İstanbula qayıdır. Sonralar məlum olur ki, qətlin təşkilatçıları arasında Ermənistanın Romadakı elçisi Miakel Vartanyan da olub.
Berlin, 1922-ci il 17 aprel: Trabzonun keçmiş valisi Camal Əzim və “Təşkilati Məxsusə”nin (Osmanlının xüsusi xidmət orqanı) yaradıcısı Bahəddin Şahir, eləcə də onun mühafiəçisi Arşavir Şirakyan və Aram Yerkanyan tərəfindən qətlə yetirilir.
Tbilisi, 1922-ci il 25 iyul: Osmanlının keçmiş hərbi dəniz qüvvələri naziri Camal paşa Petros Ter-Poqosyan və Artaşes Qevorqyan tərəfindən qətlə yetirilir.
Bir əsr öncə başlanan erməni terroru 100 il boyunca müxtəlif aktlar həyata keçirirlər və ən dəhşətlisi odur ki, terrorçular cəzasız qalırlar. 100 il öncə başlanan bu terrorun nəticəsində Ermənistan adlı terror dövləti yaradıldı. Bu dövlətin təməli hələ XIX əsrdə qoyulmuşdu. XIX əsrdən etibarən ermənilərin əsas mübarizə metodu məhz terror idi.
Bu gün də Ermənistanda siyasi partiya olaraq fəaliyyət göstərən “Daşnaksütyun” erməni terror təşkilatlarının “anası” sayılır. 1890-cı ildə Tbilisidə yaradılan təşkilatın 1905-ci il 22 may tarixli əmrində deyilir: “Kim ermənilərdən silah-sursatları almağa cəhd etsə, onları əvvəllər qətlə yetirilmiş məmurların aqibəti gözləyir”.
“Daşnaksütyun” “zinvorlar” adlı nizamı dəstələr yaradır və 1904-cü ildə “Hərbi Nizamnamə”, 1905-ci ildə isə döyüş dəstələrinin proqramını qəbul edir. Bu təşkilatın terrorçuları XX əsrin əvvəllərində azərbaycanlılara qarşı soyqırımılar törədirlər.
1885-ci ildə yaradılan “Armenakan” partiyası, 1887-ci ildə təsis edilən “Hnçak” partiyası, 1973-cü ildə fəaliyyətə başlayan “Erməni “soyqırımının” intiqamçıları” qrupu, məxfi terror qrupu DRO və onun DRO-8, DRO-88, DRO-888, DRO-8888 adlı bölmələri, 1975-ci ildə Beyrutda yaradılan “Erməni gizli azadlıq ordusu” (ASOA), həmin ildə fəaliyyətə başlayan “Ermənistanın azadlığı uğrunda erməni gizli ordusu” (ASALA), 2001-ci ilin fevralında ASALA tərəfindən yaradılan “Geqaron”, 1991-ci ildə Fransada yaradılan “Erməni azadlıq hərəkatı” (AOD), “Erməni azadlıq cəbhəsi”, “Orli qrupu”, “Erməni soyqırımı ədalət komandosları”, “Erməni birliyi”, “Demokratik cəbhə”, “Apostol”… Bunlar erməni terrorunun məlum olan təşkilatlarıdır.
XX əsrin əvvələrində azərbaycanlılara qarşı soyqırımılar həyata keçirən erməni terrorçular “Nemezis” əməliyyatının davamı olaraq, əsrin ikinci yarısında türk diplomatlara qarşı terror aktlarını davam etdirdilər.
27 yanvar 1973-cü il: Türkiyən Los-Ancelesdəki Baş konsulu Mehmet Baydar və konsul Bahadır Demir 78 yaşlı erməni QurgenYanikiyan tərəfindən öldürüldü. Yanikiyan ömürlük həbsə məhkum edilsə də, 1984-cü ildə əfvlə azadlığa çıxdı.
22 oktyabr 1975-ci il: Avstriyadakı səfiri Daniş Tunalıgil üç erməni terrorçu tərəfindən qətlə yetirildi.
20 fevral 1975-ci il: Livanın paytaxtı Beyrutda Türk Hava Yollarının nümayəndəliyinə bomba atıldı.
24 oktyabr 1975-ci il: Fransadakı səfir İsmail Erez və sürücüsü Talip yener qətlə yetirildi.
16 fevral 1976-ci il: Türkiyənin Livandakı səfirliyinin Baş katibi Oktar Cirit güllələndi. ASALA ilk dəfə terror aktını üzərinə götürdüyünü elan etdi.
9 iyun 1977-ci il: “Erməni soyqırımı ədalət komandosları” Türkiyənin Vatikandakı səfiri Taha Carımı öldürdü. öldürülüb.
2 iyun 1978-ci il: “Erməni soyqırımı ədalət komandosları” Türkiyənin İspaniyadakı səfiri Zəki Kuneralpı, qızı Necla Kunerapı, keçmiş səfir Bəşir Balcıoğlunu və sürücüsü Antonio Torresi qətlə yetirdi.
12 oktyabr 1979-cu il: “Erməni soyqırımı ədalət komandosları” və ASALA Türkiyənin Hollandiyadakı səfiri Özdəmir Benlerin oğlu Ahmet Benleri öldürdü.
22 dekabr 1979-cu il: “Erməni soyqırımı ədalət komandosları” Türkiyənin Fransadakı turizm müşaviri Yılmaz Çolpanı öldürdü.
31 iyul 1980-ci il: ASALA Türkiyənin Yunanıstandakı səfirliyinin attaşesi Qalib Özmeni və 14 yaşlı qızı Neslihan Özmeni qətlə yetirdi.
17 dekabr 1980-ci il: Türkiyənin Avstraliyadakı Baş konsulu Şarık Arıyak və mühafizəçisi Engin Sever öldürüldü.
6 fevral 1980-ci il: Türkiyənin İsveçrədəki səfiri Doğan Türkmənə qarşı terror hücumu edildi, lakin səfir xilas ola bildi.
17 aprel 1980-ci il: Türkiyənin Vatikandakı səfiri Vecdi Türelə hücum edildi, ağır yaralandı.
26 sentyabr 1980-ci il: Türkiyənin Fransadakı səfirliyinin mətbuat katibi Səlcuq Bakkalbaşı ağır yaralandı.
4 mart 1981-ci il: ASALA Türkiyənin Fransadakı səfirliyinin attaşesi Reşat Moralı və dini nümayəndəsi Tecelli Arı qətlə yetirdi.
9 iyun 1981-ci il: ASALA Türkiyənin İsveçrədəki Baş konsulluğunun katibi Mehmet Savaş Yergüzü öldürdü.
24 sentyabr 1981-ci il: ASALA Türkiyənin Fransadakı səfirliyinin mədəniyyət məsələləri üzrə attaşesinin binası ələ keçirilərək, 56 diplomat əsir aldı. Mühafizəçi Cemal Özen öldürüldü, baş konsul Kaya İnal yaralandı.
2 aprel 1981-ci il: Türkiyənin Danimarkadakı səfirliyinin attaşesi Cavit Demir silah hücum nəticəsində ağır yaralandı.
25 oktyabr 1981-ci il: Türkiyənin İtaliyadakı səfirinin müavini Gökberk Ergenekon silahlı hücum nəticəsində yaralandı.
28 yanvar 1982-ci il: Türkiyənin Los-Ancelesdəki baş konsulu Kemal Arıkan öldürüldü.
5 may 1982-ci il: Türkiyənin Bostondakı baş konsulu Orhan Gündüz öldürüldü.
7 iyun 1982-ci il: Türkiyənin Portuqaliyadakı səfirliyinin attaşesi Erkut Akbay və həyat yoldaşı Nadir Akbay öldürüldü.
27 avqust 1982-ci il: Türkiyənin Kanadadakı səfirliyinin hərbi attaşesi öldürüldü.
9 sentyabr 1982-ci il: Türkiyənin Bolqarıstandakı səfirliyinin attaşesi Bora Süelkan öldürüldü.
8 aprel 1982-ci il: Türkiyənin Kanadadakı səfirliyinin ticarət müşaviri Kani Güngör yaralandı.
21 iyul 1982-ci il: Türkiyənin Hollandiyadakı baş konsulu Kemal Demirerə silahlı hücum edildi, lakin terrorçular məqsədinə nail ola bilmədilər.
9 mart 1983-cü il: Türkiyənin Yuqoslaviyadakı səfiri Qalip Balkar öldürüldü.
14 iyul 1983-cü il: Türkiyənin Belçikadakı səfirliyinin attaşesi Dursun Aksoy öldürüldü.
27 iyul 1983-cü il: “Erməni inqilab ordusu” Türkiyənin Portuqalliyadakı səfirliyini ələ keçirdi. Səfirin müşavii Yurtsev Mıhçıoğlu və həyat yoldaşı Cahidə Mıhçıoğlu qətlə yetirildi. Portuqaliya polisi terrorçuları məhv etdi. Buna görə “Erməni inqilab ordusu”nun rəhbərliyi Portuqaliyanın baş naziri Mario Suarezi ölümlə təhdid etdi.
28 aprel 1984-cü il: ASALA Türkiyənin İrandakı səfirliyinin katibi Şadiyə Yöndərin həyat yoldaşı iş adamı İşık Yöndəri qətlə yetirdi.
20 iyun 1984-cü il: “Erməni inqilab ordusu” Türkiyənin Avstriyadakı səfirliyinin attaşesi Ərdoğan Özeni öldürdü.
19 noyabr 1984-cü il: “Erməni inqilab ordusu” Türkiyənin BMT-dəki nümayəndəliyində fəaliyyət göstərən Evner Ergunu Avstriyada qətlə yetirdi.
28 mart 1984-cü il: Türkiyənin İrandakı səfirliyinin baş katibi Hasan Servet Öktem və səfirliyin işçisi İsmail Pamukçu silahlı hücum zamanı ağır yaralandı.
16 iyun 1983-cü il: İstanbulun Kapalıçarşı bazarında bir erməni terrorçu silahlı hücumla 2 nəfəri qətlə yetirdi, 21 nəfəri yaraladı.
15 iyul 1985-ci il: Türk Hava Yollarının Paris Orli hava limanındakı bürosu qarşısında bomba partladıldı. Terror aktı nəticəsində iki türk, dörd fransız, bir amerikalı və bir isveçli olmaqla 8 nəfər öldü, 63 nəfər yaralandı. Tarix bu terror aktını “Orli qətliamı” olaraq yazdı.
Erməni terrorçular 1990-cı ildən başlayaraq, azərbaycanlılara qarşı soyqırımını aktını yenidən təkrarladılar və 1992-ci ilin 26 fevralında bəşəriyyətin qara ləkəsi olan Xocalı soyqırımı törədildi. Tarix Azərbaycan torpaqlarının işğalı zamanı erməni terrorçularun mülki əhaliyə qarşı dəhşətli əməllərinə şahidlik etdi.
Mülki əhalinin qətli: 1991-ci il sentyabrın 8-də Ağdam-Qaradağlı marşrutu ilə işləyən avtobusun erməni terrorçuları tərəfindən partladılması nəticəsində 6 nəfər həyatını itirdi, 36 nəfər yaralandı. Buna qədər isə 9 belə terror aktı törədilmiş, 68 nəfər – xüsusilə qadınlar, uşaqlar, qocalar terrorun qurbanı olmuş, 132 nəfər müxtəlif bədən xəsarətləri almışdı.
1991-ci il noyabrın 20-də Qarakənd kəndi yaxınlığında erməni terrorçuları tərəfindən Mİ-8 tipli vertolyotunun vurulması nəticəsində mülki insanlar həlak olub. 1992-ci il yanvarın 28-də Şuşa şəhəri yaxınlığında Ağdam-Şuşa marşrutu ilə sərnişin daşıyan mülkü vertolyotun erməni terrorçuları tərəfindən vurulması nəticəsində əksəriyyəti qadın və uşaq olan 41 nəfər sərnişin və 3 ekipaj üzvünün həlak oldu. Erməni terrorçuları tərəfindən hava nəqliyyatında törədilən terror aktları nəticəsində ümumilikdə, 176 nəfər qətlə yetirilib.
1992-ci il yanvarın 8-də “Krasnovodsk-Bakı” sərnişin bərəsinin partladılması 25 nəfərin həlak olması, 88 nəfərin ağır yaralanması ilə nəticələndi.
1994-cü il martın 19-da atəşkəsin bağlanmasından dərhal sonra Bakı metropoliteninin 20 Yanvar stansiyasında elektrik qatarında daha bir terror aktı törədildi. 14 nəfərin ölməsi, 49 nəfərin yaralanması ilə nəticələnən terror aktının istintaqı zamanı məlum oldu ki, hadisəni Ermənistan xüsusi xidmət orqanlarının rəhbərliyi ilə separatçı “Sadval” təşkilatının üzvləri həyata keçiriblər. Həmin il iyulun 3-də Bakı metropoliteninin 28 May – Gənclik stansiyaları arasında elektrik qatarında daha bir partlayış törədildi. Nəticədə 13 nəfər həlak oldu, 42 nəfər müxtəlif dərəcəli bədən xəsarəti aldı. Cinayət əsirlikdə olarkən Ermənistan xüsusi xidmət orqanları tərəfindən məxfi əməkdaşlığa cəlb edilərək, terror aksiyası həyata keçirmək tapşırığı ilə ölkəmizə göndərilən Azərbaycan vətəndaşı Azər Salman oğlu Aslanov tərəfindən həyata keçirilmişdi.
Erməni terrorunun özünəməxsus xüsusiyyətlərindən biri məhz azyaşlı uşaqlara qarşı amansız olmaqdır. Belə terror aksiyaları müxtəlif vasitələrlə həyata keçirilir, misal kimi, partlayıcı maddələr uşaq oyuncaqlarına yerləşdirilməsidir. 1994-cü ildə uşaq oyuncağına partlayıcı maddə quraşdıraraq, Tovuz rayonu ərazisindən axan çaya buraxmaqla ermənilər iki uşağın ölümü ilə nəticələnən terror aktı törətdilər. 2011-ci ildə erməni terrorçular partlayıcı maddənin yerləşdirildiyi uşaq oyuncağından yenə istifadə etdilər. 1998-ci il təvəllüdlü Şahmalıyeva Aygün Zirəddin qızı həlak oldu, anası 1979-cu il təvəllüdlü Şahmalıyeva Elnarə Məmmədtağı qızı ağır bədən xəsarəti aldı. 2017-ci ildə erməni terrorçuların açdığı atəş nəticəsində 2015-ci il təvəllüdlü, 2 yaşlı Zəhra Quliyevə və nənəsi 1967-ci il təvəllüdlü Sahibə Quliyeva qətlə yetirildi. Erməni terrorçuların mülki azərbaycanlılara qarşı təhdidi bu gün də davam edir.
Tarix Ermənistan adlı dövlətin terror yuvası olduğunu sübut edir. Bu ölkəyə rəhbərlik edənlərin əksəriyyəti Qarabağda azərbaycanlılara qarşı törədilən soyqırımıları və terror aktlarının birbaşa təşkilatçısı, yaxud iştirakçısı olublar. Bu gün Ermənistanın “qəhrəman” hesab etdiyi terrorçular və onların davamçıları Avropada, ABŞ-da, Yaxın Şərq ölkələridə, o cümlədən. Türkiyə və Gürcüstanda müxtəlif adlar altında fəaliyyət göstərir. Faktlar erməni terrorunun bütün bəşəriyyət üçün ən böyük təhlükələrdən biri olduğunu təsdiqləyir.