Cümə axşamı , 1 May 2025
Drone Cameras

Eldar Salayev II Fəxri xiyabanda dəfn olunacaq

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) sabiq prezidenti, fizika-riyaziyyat elmləri doktoru, professor, Əməkdar elm xadimi, akademik Eldar Salayev II Fəxri xiyabanda dəfn olunacaq.

Bu barədə  AMEA-dan məlumat verilib.

Qeyd olunub ki, dəfndən əvvəl mərhumla vida mərasimi keçiriləcək. Mərasimdə AMEA rəhbərliyi, elm və təhsil xadimləri, ictimaiyyət nümayəndələri iştirak edəcək.

Qeyd edək ki, E.Salayev ötən gün 88 yaşında dünyasını dəyişib.

Check Also

Əziz Ələkbərli: Qərbi Azərbaycanda bizim zəngin mədəni irsimiz, çoxlu memarlıq abidələrimiz var

Azərbaycanın müxtəlif universitetlərində Qərbi Azərbaycanla bağlı elmi-tədqiqat şöbələrinin açılması prosesi davam edir. Memarlıq və İnşaat …