Azərbaycanın sərbəst güləşçisi Murad Haqverdiyev Bakıda keçirilən XV Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF) final görüşünü keçirib.
“Report”un məlumatına görə, 45 kq çəki dərəcəsində mübarizə aparan idmançı həlledici qarşılaşmada Gürcüstan təmsilçisi Nikolozi Santeladzeni sınağa çəkib. Rəqibini məğlub edən (11:4) Haqverdiyev qızıl medal qazanıb.
Qeyd edək ki, daha öncə yunan-Roma güləşçilərindən Fərid Sadıxlı (45 kq) qızıl¸ Nihat Məmmədli (55 kq) isə bürünc medala sahib olub.
***
Azərbaycanın yunan-Roma güləşçisi Fərid Sadıxlı Bakıda keçirilən XV Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF) final görüşünü keçirib.
“Report”un məlumatına görə, 45 kq çəki dərəcəsində mübarizə aparan idmançı həlledici qarşılaşmada Türkiyə təmsilçisi Umut Çobanla üz-üzə gəlib.
Rəqibini təmiz qələbə ilə məğlub edən Sadıxlı qızıl medal qazanıb.
Qeyd edək ki, bu gün sərbəst güləşçilərdən Əbülfəz Nəsirov (55 kq) finalda italiyalı Simone Vinçentso Piroddunu, Murad Haqverdiyev (45) isə gürcüstanlı Nikolozi Santeladzeni sınağa çəkəcək. Yunan-Roma güləşçisi Nihat Məmmədli isə (55 kq) bürünc medal uğrunda dueldə türkiyəli Ateş Bekirlə münasibətlərə aydınlıq gətirəcək.