Çərşənbə axşamı , 8 Aprel 2025
Drone Cameras

Məşhur kolbasa şirkəti cərimələnib

Bakı Apelyasiya Məhkəməsində “Zəhmət-Ruzi” MMC-nin 300 manat cərimə edilməsi barədə qərardan verilən şikayətə baxılıb.

“Report”un xəbərinə görə, hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə şikayət təmin edilməyib.

Qeyd edək ki, Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təsqirli bilinib.

İnzibati Xətalar Məcəlləsinin 347-ci (dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə) maddəsinə əsasən, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir.

Şirkət Nəsimi Rayon Məhkəməsinin 1 aprel 2019-cu il tarixli qərarından şikayət vermişdi.

Qeyd edək ki, “Zəhmət-Ruzi” MMC Azərbaycanda təxminən 15% bazar payı ilə “SAB” adlı 100-dək çeşiddə kolbasa, süd və delikates məhsullarının istehsalçısıdır.

Check Also

Gürcüstanda Azərbaycandan alınan südün tərkibində toksinlərin aşkarlandığı deyilir

Gürcüstanın Milli Qida Agentliyi Azərbaycandan gətirilən südün satışını dayandırmaq qərarını verib Gürcüstanın “Soplis Nobati” şirkəti …