Cümə axşamı , 2 Yanvar 2025
Drone Cameras

İranla Çin arasında hərbi əməkdaşlığa dair saziş imzalanıb

İran Çinlə hərbi əməkdaşlığa dair sənəd imzalayıb.

APA-nın Tehran bürosunun məlumatına görə, sənəddə iki ölkə arasında hərbi sahədə əməkdaşlığının inkişaf etdirilməsi, təcrübə mübadiləsinin aparılması, terrorizmlə mübarizə və kursantların təlimləri kimi məsələlər yer alıb.

Sazişi Tehranda rəsmi səfərdə olan Çin müdafiə naziri Çanq Vanquanla İran müdafiə naziri Hüseyn Dehqan imzalayıb.

Qeyd edək ki, 3 günlük səfər zamanı Ç. Vanquan İranın yüksək vəzifəli şəxsləri ilə görüşəcək. Müzakirələr zamanı əsasən hərbi sahədə ikitərəfli əlaqələrin inkişafına və beynəlxalq məsələlərə diqqət yetiriləcək.

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir