Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Bayramov: “Rusiya şirkətlərinin Qarabağın bərpasına yüksək marağını müşahidə edirik”

“Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası üzrə layihələrdə birgə iştirak əməkdaşlığın vacib elementlərindəndir”.

Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrovla keçirilən birgə mətbuat konfransında bildirib.

“Rusiya şirkətlərinin Qarabağın bərpasına yüksək marağını müşahidə edirik”, – o deyib.

Onun sözlərinə görə, əməkdaşlıq sahəsində konkret nəticələr əldə olunub: “2021-ci il oktyabrında Şərqi Zəngəzur iqtisadi rayonundakı sənaye parkı ərazisində KAMAZ və Gəncə Avtomobil Zavodunun birgə müəssisəsi yaradıldı. Dəmir yollarının bərpası üzrə Horadiz-Ağbənd layihəsini əsas layihələrdən biri kimi qeyd etmək olar. Dəmiryolu relslərinin tədarükü Rusiya şirkəti tərəfindən həyata keçirilir. İyirmi min ton dəmiryolu relslərinin tədarükü haqqında müqavilə var ki, artıq bunun 1/3 hissəsindən çoxunun tədarükü həyata keçirilib”.

XİN rəhbəri vurğulayıb ki, onlarla Rusiya şirkəti bu cür layihələrdə iştirak üçün müraciət edib.

Check Also

Gürcüstandan olan səyahətçilərin ikinci qrupu Qarabağa gəlib

Gürcüstandan olan səyahətçilərin ikinci qrupu Qarabağa gəlib. Boyukmillet.com xəbər verir ki, turistlər işğaldan azad edilmiş …