Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının Turizm Nazirlərinin 11-ci toplantısının iştirakçılarına müraciət edib.
Boyukmillet.com xəbər verir ki, müraciəti Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev oxuyub.
Müraciətdə deyilir ki, İƏT Azərbaycanın müstəqillik qazandıqdan sonra ilk üzv olduğu təşkilatlarındandır. Azərbaycan daim İƏT-in fəaliyyətini dəstəkləyib. Prezident həmçinin bildirib ki, İƏT Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib.