Bazar ertəsi , 5 May 2025
Drone Cameras

Ukrayna Britaniyadan 425 milyon avroya yaxın kredit alıb

Ukrayna Böyük Britaniyadan 425 milyon avroya yaxın kredit alıb.

Boyukmillet.com xəbər verir ki, Ukrayna Dünya Bankının dövlət xərclərinin dəstəklənməsi layihəsi çərçivəsində 446,8 milyon avro kredit alıb. Bu maliyyələşdirmə çərçivəsində Böyük Britaniyanın ayırdığı vəsait 424,6 milyon avro təşkil edir.

“Müharibə dövründə Ukrayna üçün dövlət idarəçiliyinin potensialını, səmərəliliyini və davamlılığını qoruyub saxlamaq vacibdir. Yığılan vəsait dövlət sektoru işçilərinin maliyyələşdirilməsini təmin edəcək. Biz Böyük Britaniya hökumətinə və Dünya Bankına dəstəyinə görə minnətdarıq”, – məlumatda deyilir.

Check Also

Netanyahunun Azərbaycana səfərinin təxirə salındığı bildirilir

Məlumata görə, buna səbəb Türkiyənin öz hava məkanından keçməyə icazə verməməsidir İsrailin Baş naziri Benyamin …