Cümə , 22 Noyabr 2024
Drone Cameras

Ermənilərin Qarabağ haqqında çəkdikləri təxribatçı filmin Bişkekdə nümayişinin qarşısı alınıb

Ermənilərin Qarabağ haqqında çəkdikləri və faktların təhrif olunduğu filmin Qırğız Respublikasının paytaxtı Bişkekdə nümayişi ləğv olunub.

Bunu “Report”a Qırğız Respublikasında AZƏRİ İctimai Birliyinin sədri, Qırğız Respublikasının Əməkdar Hüquqşünası Əzizağa Əliyev bildirib.

Onun sözlərinə görə, Azərbaycan diasporunun səyləri nəticəsində filmin nümayişi baş tutmayacaq.

Xatırladaq ki, iyulun 8-i Bişkekdə yerləşən Kino Evində rejissor Nora Martirosyanın “Külək sakitləşəndə” filminin nümayişi planlaşdırılmışdı. Erməni təxribatının daha bir aləti olan bu ekran əsəri vəziyyəti yalnız erməni mövqeyindən nümayiş etdirir.

Film Ermənistan, Fransa və Belçikanın birgə istehsalıdır.

Check Also

Türkiyənin Kayseri şəhərində Naxçıvanın 100 illiyilə bağlı konsert olub

Türkiyənin Kayseri şəhərinin Mədəniyyət Mərkəzində Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Qrupunun konserti olub. “Report”un …