Xəbər verdiyimiz kimi iyulun 28-də Kürdəxanı qəsəbəsindəki Ləyiş bağları çimərliyində batan dörd gəncdən ikisi Kamran Hacıquliyevlə, Murad Əzizovun meyitlərinin tapılması üçün axtarışlar davam edirdi.
Üç gün sonra bu gün səhər saatlarında hər iki gəncin meyiti sudan çıxarılaraq morqa aparılıb. Saat 15:00-da isə gənclərin meyiti Kürdəxanı qəsəbəsindəki qəbiristanlıqda dəfn edilib.
Kamran Hacıquliyevin dəfn mərasimində iştirak edən əməkdaşımız bildirir ki, yas mərasimində hamı göz yaşlarına boğulub. Mərhumun anası ağlayaraq övladına səslənib: “Gəl də ay Kamran, hardasan?! Kamran, balam ay, balam…”. Mərhumun atası Ağaəli Hacıquliyev də övlad itkisinə görə özünə gələ bilməyib. Dəfn mərasiminə Kamranın nişanlısı da gələrək onunla vidalaşıb.
Qeyd edəki ki, iyulun 28-də dənizdə batan dörd gənc-Kamran Hacıquliyev, Murad Əzizov, Əli Cavadov və Balopba Babayevin ölümü qəsəbə sakinlərini yasa boğub. Sakinlər bildirirlər ki, qəsəbədə heç vaxt belə faciə olmayıb.
Check Also
Azərbaycanda meymunçiçəyi virusuna ilk yoluxma faktı qeydə alınıb
“Vətəndaşın PZR üsulu ilə müayinəsi onun meymunçiçəyi virusuna yoluxmasını təsdiqləyib” Azərbaycanda meymunçiçəyi (mpox) virusuna ilk …