AFFA tərəfindən UEFA-nın ali marketinq mükafatı olan “UEFA KİSS Marketing Awards 2016”ya təqdim olunmuş “CBC Sport” lahiyəsi ən yaxşı kommersiya tərəfdaşlığı meyarı üzrə müxtəlif milli assosiasiyalar tərəfindən təqdim olunmuş 16 layihə arasında 3 ən yaxşı layihə kimi seçilib.
“Report”un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, qalib layihə noyabrın 23-də Yunanıstanın paytaxtı Afinada keçiriləcək tədbir zamanı müəyyənləşdiriləcək. Seçilmiş layihələrdən digərləri Niderland Krallığı Futbol Assosiasiyası “İNG Bank” həvəskar futbol sponsorluq proqramı və Polşa Futbol Federasiyası – PZPN-in lisenziyalaşdırma proqramıdır.
Qeyd edək ki, “UEFA KİSS Marketing Awards” hər iki ildən bir keçirilir və UEFA-ya daxil olan milli assosiasiyaların marketinq sahəsində tətbiq etdiyi layihələr 5 meyar üzrə qiymətləndirilir. 2 il öncə AFFA-nın keçirdiyi “3×3 qızlar” turniri ən yaxşı kütləvi futbol layihəsi meyarı üzrə mükafatlandırılıb və layihə UEFA-nın qadın futbolu inkişafı proqramları üzrə hesabatında ən yaxşı təcrübə nümunəsi kimi göstərilib.
Check Also
Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib
Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …