Çərşənbə , 28 İyul 2021
Home » Dünya » Dünyanın ən nüfuzlu 5 xüsusi xidmət orqanı – SİYAHI

Dünyanın ən nüfuzlu 5 xüsusi xidmət orqanı – SİYAHI

Xüsusi xidmət orqanları ölkələrin daxili təhlükəsizliyi və ictimai asayişinin qorunması üçün əvəzsiz rola malik strukturdur. Onların effektivlik dərəcəsi geniş casus şəbəkəsi, dünyanın müxtəlif ölkələrindən əldə etdikləri kəşfiyyat məlumatlarını ölkənin təhlükəsizliyi üçün istifadə etmək kimi bir çox funksiyalara malikdir.

1. Mossad. İsrailin ən effektiv xüsusi xidmət orqanlarından biri sayılır. Dünyanın müxtəlif ölkələrində bir sıra uğurlu əməliyyatlar həyata keçirən Mossad 1951-ci il aprelin 1-də Təl-Əvivdə yaradılıb. Təxminən 1200 əməkdaşı olan təşkilat dünyanın müxtəlif ölkələrində, o cümlədən İsraillə gərgin münasibətlərdə olan qonşu ərəb ölkələrində geniş kəşfiyyat məlumatları və agent şəbəkəsinə malikdir.

2. Mərkəzi Kəşfiyyat İdarəsi. ABŞ-ın və dünyanın ən məşhur xüsuysi xidmət orqanı sayılır. MKİ 1947-ci il sentyabrın 18-də Virciniya ştatının Lenqli şəhərində anadan olub. 20 min əməkdaşı olan təşkilat dünyanın ən müxtəlif ölkələrində agent şəbəkəsi mövcuddur.

3. Mİ6. Dünyada yaradılan ilk xüsusi xidmət orqanı hesab olunur. Mi6 1909-cu ildə Londonda yaradılıb və Britaniya imperiyasının milli maraqlarını müdafiə edən ən önəmli struktura çevrilib. Təşkilatın büdcəsi və üzvlərinin sayı barədə məlumatlar məxfi saxlanılır. Mİ6 Birinci və İkinci Dünya Müharibələrinin gedişinə əsaslı təsir edib.

4. Çin Milli Təhlükəsizlik Nazirliyi. Bu struktur 1983-cü ildə Pekin şəhərində yaradılıb. Ölkə daxilnidə və xaricində terror təhlükəsinə, ölkənin milli maraqlarının qorunmasında və Çini maraqlandıran kəşfiyyat məlumatlarının toplanmasında iştirak edən qurum 300 mindən artıq əmıkdaşa malikdir. Milli Təhlükəsizlik Nazirliyi gizli agnetləri vasitəsilə həm ölkə daxilnidə, həm də Çin diasporunun yaşadığı digər ölkələrdə geniş şəbəkəyə malikdir.

5. Federal Təhlükəsizlik Xidməti. Nüfuzlu “KQB”nin varisi sayılan bu federal xidmət 1995-ci il aprelin 12-də yaranıb. FTX Rusiyada terror aktları planlaşdıran, qanunsuz silahlı birləşmə üzvlərinə qarşı uğurlu əməliyyatlar həyata keçirib, parallel olaraq öz xaricdəki filialları vasitsilə geniş kəşfiyyat fəlaiyyətləri aparıb. Federal Təhlükəsizlik Xidmətinin üzvlərinin dəqiq sayı və ona ayrılan büdcə barədə informasiya yoxdur.

 

modern.az

 

Check Also

Ermənistan BMT Təhlükəsizlik Şurasına müraciət edə bilər

Ermənistan sərhəddəki vəziyyətlə bağlı BMT Təhlükəsizlik Şurasına müraciət edə bilər.  Boyukmillet.com xəbər verir ki, bu …