ABŞ Müdafiə Nazirliyi “Lockheed Martin” şirkətindən ümumilikdə 30 milyard dollar məbləğində bir neçə yüz F-35 qırıcı təyyarəsinin alınması ilə bağlı danışıqlar aparır.
Boyukmillet.com xəbər verir ki, müqaviləyə daxil ediləcək təyyarələrin dəqiq sayı yazın sonuna və ya payızın əvvəlinə qədər müəyyənləşəcək. 2019-cu ildə bu təyyarələrdən 485-nin alınması planlaşdırılırdı, lakin sonra onların sayı 404-ə, daha sonra isə 375-ə endirilib.
Pentaqon bildirib ki, təyyarələrin sayının azalması onların COVID-19-un səbəb olduğu qiymət artımı, komponentlərin tədarük zəncirindəki fasilələr və inflyasiya ilə bağlıdır.
F-35-in ABŞ Hərbi Hava Qüvvələri ilə yanaşı, Finlandiya, İsveçrə və Almaniyaya, eləcə də Polşa və Çexiyaya tədarükü planlaşdırılır. Çexiya bu təyyarələrdən 24-nü almağı planlaşdırır.