Bazar ertəsi , 9 Fevral 2026
Drone Cameras

Türkiyə MN: “Regionu qana boyamaq istəyənləri qazdıqları quyuya basdıracağıq”

Türkiyənin Milli Müdafiə Nazirliyi Türkiyənin İraqın Mosul şəhərində yerləşən Baş Konsulluğuna hücumla bağlı bəyanat yayıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə nazirliyin tviter hesabnda paylaşım edilib.

Bildirilib ki, İraqdakı səlahiyyətli şəxslər diplomatik nümayəndələrin təhlükəsizliyi üçün hər cür qabaqlayıcı addımı atmalıdır: “Mosuldakı Baş konsulluğa hücum nəticəsində kimlərin mülki şəxsləri hədəf aldığını bir daha gördük. Hücumu təşkil edən terrorçular tez və ya gec buna görə cavab verəcəklər. İraqlı qardaşlarımızla terrorla mübarizə və sərhəd təhlükəsizliyi üçün əməkdaşlığa hazırıq”.

Bəyanatda, həmçinin qeyd olunub ki, terrorçular törətdikləri əməllərə görə məsuliyyət daşıyırlar: “Onların hiylələrini alt-üst edəcək, regionu qana boyamaq xəyalları ilə birlikdə onları qazdıqları quyuya basdıracağıq”.

Check Also

Cəbhədə gərgin saatlar: Rusiya ordusu üç istiqamətdə irəliləyiş əldə edib

Ukraynadakı hərbi əməliyyatları aktiv izləyən “DeepState” monitorinq qrupu cəbhə xəttindəki son vəziyyətlə bağlı narahatlıq doğuran …