Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Azərbaycanda “İnvestisiya fəaliyyəti haqqında” qanun qüvvəyə minib

Prezident İlham Əliyev “İnvestisiya fəaliyyəti haqqında” qanunun tətbiqi barədə fərman imzalayıb.

Boyukmillet.com xəbər verir ki, fərmana əsasən, investisiya fəaliyyəti sahəsində dövlət siyasətinin əsas məqsədi yerli və xarici investisiyalar hesabına dayanıqlı iqtisadi inkişafın təmin edilməsindən, rəqabətqabiliyyətli istehsal və xidmət sahələrinin inkişaf etdirilməsindən, iqtisadiyyatda yeni texnologiyaların, innovasiyaların tətbiq olunmasından ibarətdir.

İnvestisiya fəaliyyəti sahəsində dövlət siyasətinin əsas istiqamətləri aşağıdakılardır:

– əlverişli investisiya mühitinin formalaşdırılması, o cümlədən azad rəqabət mühitinin gücləndirilməsi;

– investorların hüquqlarının və qanuni mənafelərinin, habelə investisiyaların qorunması;

– investorlara investisiya fəaliyyətinin həyata keçirilməsi zamanı bərabər imkanların yaradılması;

– investisiya fəaliyyətinin həyata keçirilməsi şərtlərinin sabitliyinin təmin edilməsi;

– dövlət əmlakının özəlləşdirilməsi, restrukturizasiyası və sağlamlaşdırılması;

– iqtisadiyyatın prioritet sahələrində investisiya layihələrinin dəstəklənməsi;

– investisiya fəaliyyətinin həyata keçirilməsi ilə bağlı investorlara göstərilən xidmətlərin rəqəmsallaşdırılması və “bir pəncərə” prinsipi əsasında göstərilməsi.

Check Also

Azərbaycan şirkətləri Britaniyada keçiriləcək sərgiyə dəvət olunub

Azərbaycanın innovativ aqrotexnologiyalar sahəsində fəaliyyət göstərən şirkətləri 2025-ci ilin yanvarında Böyük Britaniyada keçiriləcək kənd təsərrüfatı …