Şənbə , 14 Mart 2026
Drone Cameras

Azərbaycanlı jurnalist Rusiyada vitse-prezident oldu – FOTO

Rusiyada jurnalist kimi fəaliyyət göstərən həmyerlimiz Şəhriyar İmanbəyli media sahəsində yüksək vəzifəyə təyin edilib.

Gənc jurnalist Rusiyanın “Vostok” Media Holdinqinin vitse-prezidenti seçilib. O, həmçinin, həmin media holdinqin tərkibindəki “Vostok” telekanalının icraçı direktoru vəzifəsini yerinə yetirəcək.

Day.Az xəbər verir ki, Şəhriyar İmanbəyli təyinatla bağlı Modern.az-a açıqlamasında bunları deyib: “Vostok” Media Holdinqə vitse-prezident təyin edildim. Eyni zamanda həmin holdinqə aid və 2 milyondan çox abunəçi izləyicisi olan “Vostok” telekanalının icraçı direktoru vəzifəsini yerinə yetirəcəyəm.  Mənə bu etimadı göstərdiyi üçün başda “Vostok” Media Holdinqin sahibi və prezidenti Valeri İlişayevə dərin təşəkkürümü bildirirəm”.

Check Also

Alimpaşa Məmmədov haqda  SON QƏRAR verildi

Şəmkirin keçmiş icra başçısı Alimpaşa Məmmədovun kassasiya şikayətinə baxılıb. Boyukmillet.com-un əldə etdiyi məlumata görə, Ali …