Bazar , 7 Dekabr 2025
Drone Cameras

APPG Azərbaycanın Britaniyadakı səfirliyinə hücumu pisləyib

“Ötən gün radikalların Azərbaycan səfirliyinə əsassız hücumu qəbuledilməzdir”.

Boyukmillet.com xəbər verir ki, bunu Böyük Britaniya parlamentinin iki palatasının deputatları və perlərindən ibarət qeyri-formal partiyalararası qrup (APPG) tviter səhifəsində yazıb.

“APPG bu hücumu pisləyir. Səfirliyin əməkdaşlarının təhlükəsizliyinə real təhdid olmasına baxmayaraq, onların zərər görməməsinə görə şadıq. Bu vəziyyəti nizama salan polisə də təşəkkür edirik”, – APPG bildirib.

Qeyd edək ki, APPG Böyük Britaniya və Azərbaycan arasında parlamentlərarası əlaqələri təşviq etmək məqsədilə yaradılıb.

Check Also

Analitik: Böyük Britaniyaya regionda sülh lazımdır

 Bu ölkə Azərbaycan-Ermənistan münasibətlərinin yaxşılaşması istiqamətində müəyyən mənada iştirak edir “London regional güc balansında daha …