Şənbə , 13 Dekabr 2025
Drone Cameras

Azərbaycan ordusu Ermənistanla sərhəddə yeni əraziləri nəzarətə götürüb

“Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunları Ermənistan-Azərbaycan dövlət sərhədinin Qazax rayonu istiqamətində döyüş mövqelərini irəli çəkərək, neytral ərazidəki yüksəkliklərdə yeni mövqelər yaradıb və böyük bir ərazini tam nəzarət altına götürüb”.

Bunu hərbi ekspert, “AzeriDefence” jurnalının baş redaktoru Rəşad Süleymanov bildirib.

Bu gün Qazax rayonunun Ermənistanla sərhəd mövqelərinə səfər edən R.Süleymanov deyib ki, düşmənlə döyüş aparılaraq, irəli çəkilən mövqerlərimizdən Ermənistan Respublikası ərazisindəki mövqelər nəzarət altındadır.

O, ərazidən və yeni mövqeyimizdən çəkdiyi fotonu da təqdim edib. R.Süleymanov daha detallı məlumatı sonra açıqlayacağını  deyərək, bu barədə rəsmi açıqlamanın olacağını istisna etməyib.

Check Also

Yanvarda əsgərliyə gedənlərə VACİB XƏBƏR

Qış aylarında əsgərliyə çağırışın müəyyən çətinliklər yarada biləcəyi barədə fikirlər zaman-zaman gündəmə gəlir. Maraqlıdır, qış …