Cümə axşamı , 11 Dekabr 2025
Drone Cameras

Azərbaycanın bir neçə ölkədəki səfiri geri çağırılıb

Azərbaycanın Argentina, Küveyt və Kubadakı səfirləri geri çağırılıb.

Boyukmillet.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncamlar imzalayıb.

Sərəncamlarla Rəşad Fəxrəddin oğlu Aslanov Azərbaycanın Argentina, eyni zamanda Paraqvay, Boliviya, Çili, Uruqvayda, Elxan Cahangir oğlu Qəhrəman Azərbaycan Respublikasının Küveyt Dövlətində, Yaşar Teymur oğlu Əliyev Azərbaycan Respublikasının Kuba Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifələrindən geri çağırılıb.

Check Also

Azərbaycan BMT-nin iki komissiyasına üzv seçilib

10 dekabr 2025-ci il tarixində Nyu-York şəhərində BMT-də keçirilmiş seçkilərdə Azərbaycan Respublikası BMT-nin Əhali və …