Bazar , 29 Sentyabr 2024
Drone Cameras

“Ya tələbələr üçün quru sərhəd müvəqqəti açılsın, ya da…” – Deputat xaricdə oxuyan tələbələrlə bağlı hökumətə səsləndi

“Müvafiq dövlət qurumu tərəfindən xaricdə təhsil almağa gedən Azərbaycan vətəndaşı olan imkansız tələbələrin təcili qeydiyyatı aparılmalı və onların təyinat məntəqəsinə qədərki optimal bilet pulununun ən azı 50 faizi hökumət tərəfindən ödənməlidir”.

Boyukmillet.com xəbər verir ki, bu sözləri deputat Fazil Mustafa deyib.

O bildirib ki, söhbət təhsildən gedirsə, fədakarlıqdan boyun qaçırmaq olmaz:

“Bilet inhisarçısının qəlbinə dəymək mümkün deyil, bir də gördün bəddua etdi, hamımızı ildırım vurdu. Heç olmazsa minlərlə tələbənin qəbul olduğu və ya oxuduğu ali məktəbə vaxtında gedib yetişməsinə yardım edilməlidir. Quru yollar bağlı, təyyarədən başqa alternativ qalmayıb. Bu tələbələrin də özəl təyyarələri yoxdur ki, azal təyyarələrinin quyruğuna qoşub uçsunlar. Bunu ən azı Türkiyə və Gürcüstan üzərindən uçuşlara aid etmək olar. Ya da buyurub məhz tələbələr üçün quru sərhədi müvəqqəti açsınlar ki, az məsrəflə Türkiyəyə və ya Gürcüstana gedib oradan lazımi yerə uça bilsinlər”.

Check Also

Muxtar Babayev Dünya Bankının nümayəndələri ilə görüşüb, COP29-a hazırlıq müzakirə olunub

Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) prezidenti, ekologiya …