Bu gün Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov “Visa” beynəlxalq kart təşkilatının Mərkəzi Avropa,Yaxın Şərq və Afrika regionu üzrə prezidenti Endryu Torre ilə görüşüb.
Boyukmillet.com xəbər verir ki, bu barədə AMB sədri məlumat verib.
Onun sözlərinə görə, görüşdə iki qurum arasında əməkdaşlığın cari vəziyyəti, nağdsız cəmiyyət, fintex, rəqəmsal valyuta, “Ağıllı kənd” layihəsinə dəstək məsələləri müzakirə edilib.