Cümə , 22 Noyabr 2024
Drone Cameras

“Böyük Qayıdış və yurdlara dönüş” mövzusunda ictimai müzakirə keçirilib

Sahibkarlıq və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun təşəbbüsü, Azərbaycan Milli QHT Forumunun, Beynəlxalq Avrasiya Mətbuat Fondunun və Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın və İctimai Nəzarət Mərkəzinin təşkilatçılığı ilə 01 sentyabr 2022-ci ildə Beynəlxalq Avrasiya Mətbuat Fondunun konfrans zalında “Böyük Qayıdış və yurdlara dönüş” mövzusunda ictimai müzakirə keçirildi.


Tədbir Azərbaycan Milli QHT Forumunun prezidenti Rauf Zeyninin çıxışı ilə açıq elan olundu. O bildirdi ki, işğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yeritdiyi uğurlu siyasətin nəticəsidir. Daha sonra, Sahibkarlıq və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun prezidenti Sabit Bağırov çıxış edərək əhalinin köçürülməsi ilə bağlı hər bir keçmiş məcburi köçkünlərin mülkiyyət hüququna hörmətlə yanaşmaq, işğaldan azad olunmuş ərazilərdə minaların təmizlənməsi məqsədilə özəl şirkətlərə şərait yaratmaq, bərpa-quruculuq işlərinin sürətləndirilməsi məqsədilə beynəlxalq fondlarla birgə əməkdaşlıq edərək onlara şərait yaratmaq və digər məsələlər ilə bağlı fikrini irəli sürüb.

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşı Sənan Hüseynov məruzə ilə çıxış edərək “Böyük Qayıdış Dövlət Proqramı” çərçivəsində müharibədən sonrakı müddətdə qaçqınların və məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərə köçürülməsi ilə bağlı Komitənin fəaliyyəti haqqında statistik göstəricilər əsasında məlumat verib. Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın sədri Anar Xəlilov da Komitənin gördüyü işlər barədə çıxış edərək vətəndaş cəmiyyətinin rolunun “Böyük Qayıdış” -da əhəmiyyətini vurğulayıb.

Daha sonra, Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev çıxış edərək Azərbaycanın Qarabağ bölgəsinin 30 illik işğalı, habelə münaqişədən sonrakı dövrdə Ermənistan hərbi birləşmələrinin geri çəkildiyi zaman bu əraziləri ciddi şəkildə minalaması, minalanmış ərazilərin xəritələrini verməkdən imtina etməsinə qarşı beynəlxalq səviyyəli ciddi tədbirlərin görülməsini vurğulayıb. Daha sonra, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin əməkdaşı Pərviz Gidayev çıxış edərək bildirdi ki, məqsədimiz qısa zamanda ərazini tam şəkildə təmizləməkdən ibarətdir.

Zamanla bərabər, keyfiyyət də önəmlidir. Biz istəmirik ki, əməliyyat icra etdiyimiz ərazilərdə kiçik də olsa, təhlükə qalsın. Burada Agentliyimizin məqsədlərindən biri işğaldan azad olunan əraziləri mina və partlamamış hərbi sursatlardan, tərkibində partlayıcı olan qurğular, eləcə də müharibənin partlayıcı qalıqlarından təmizlənməsi ilə ora qayıdacaq insanların partlayıcı təhlükəsindən azad etməkdir.

Bu təhlükəsiz mühit yaradılmadan insanların işğaldan azad edilmiş ərazilərə getməsini tövsiyə etmirik. Daha sonra, Ombudsmanın əməkdaşı Müqalib Mahmudov çıxış edərək qaçqın və məcbur köçkünlərin hüquqlarını müdafiəsi ilə bağlı Ombudsmanın fəaliyyəti haqqında statistik göstəricilər əsasında məlumatı tədbir iştirakçılarına çatdırdı.


Həmçinin, tədbirdə iştirak edən müstəqil ekspertlər; Sahib Fərzəliyev, Səadət Bənənyarlı, İradə Rzazadə, Samir Hümbətov, Samir Adıgözəlli, Təhmasib Novruzov, Ramil Əliyev, Fuad Abbasov çıxış edərək öz təkliflərini irəli sürdülər.


Qeyd edək ki, Xocavənd, Cəbrayıl, Ağdam, Qubadlı, Füzuli, Zəngilan, Kəlbəcər rayonlarının İcra Hakimiyyəti nümayəndələri də tədbirdə iştirak etmişdir. Bundan əlavə, Laçın rayonundan Milli Məclisin deputatı Mahir Abbaszadənin də köməkçisi tədbirdə iştirak etmişdir.

Check Also

Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …