Cümə , 3 Aprel 2026
Drone Cameras

ABŞ generalı Ukraynanın Krımı azad edəcəyi tarixi açıqlayıb

“2022-ci ilin sonuna qədər Ukrayna Rusiya qüvvələrini fevralın 24-dən əvvəl olan demarkasiya xəttindən kənara çıxara biləcək”.

Boyukmillet.com xəbər verir ki, bunu ABŞ-ın Avropadakı qoşunlarının keçmiş komandanı, Əfqanıstan və İraq müharibələrinin veteranı, istefada olan general-leytenant Ben Hodces deyib.

O, Ukraynanın Krımı işğaldan azad edəcəyinə əmindir: “Bunun üçün sadəcə lazımi şərait təmin edilməlidir. Krım gələn ilin əvvəlində Ukraynanın nəzarətinə keçəcək. Əminəm ki, rusların döyüşmək üçün iradəsi yoxdur”.

Generalın sözlərinə görə, Kreml Şimali Koreyada, Afrikada, Suriyada ehtiyat qüvvə axtarır: “Qarşıdakı həftələrdə bizi çətin döyüşlər gözləyir. Rusiya qüvvələri daha da zəifləyəcək. Bununla belə, biz Ukraynanı lazım olan hər şeylə təmin etməliyik”.

Check Also

Makron Trampın NATO ilə bağlı bəyanatlarını tənqid edib

Fransa Prezidenti Emmanuel Makron ABŞ Prezidenti Donald Trampın NATO ilə bağlı fikirlərini tənqid edib. Boyukmillet.com …