Bazar , 19 May 2024
Drone Cameras

Dövlət başçısı: “Birləşmiş Krallıq Azərbaycanın ən iri ticarət tərəfdaşlarından biridir”

“Birləşmiş Krallıq Azərbaycanın ən iri ticarət tərəfdaşlarından biridir”.

Boyukmillet.com xəbər verir ki, bu, Azərbaycan Prezidenti İlham Əliyevin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Elizabet Trasa ünvanladığı məktubda əksini tapıb.

“Ölkənizi təmsil edən şirkətlər, o cümlədən neft-qaz hasilatında etibarlı tərəfdaşımız olan BP Azərbaycanda uğurla fəaliyyət göstərir və bir sıra vacib layihələrin həyata keçirilməsində iştirak edirlər. Əməkdaşlığımızın prioritet istiqamətlərdən olan enerji sektorunda uzunmüddətli və məhsuldar işbirliyimiz qlobal enerji təhlükəsizliyinin təminatında mühüm rol oynayır, – məktubda vurğulanıb.

Check Also

Latviya parlamentinin sədri Füzulidə səfərdədir

Latviya Respublikası parlamentinin sədri Daiga Mierinanın başçılıq etdiyi nümayəndə heyəti Füzuli rayonuna gəlib. Boyukmillet.com xəbər verir …