Azərbaycana gələn beynəlxalq səyahətçilərin (səyyah) işğaldan azad edilmiş Ağdama səfəri başlayıb.
Boyukmillet.com xəbər verir ki, səyyahlar Şuşa şəhərini ziyarət edəndən sonra Ağdama yola düşüblər.
Qeyd edək ki, bu gün dünyanın 20-dən çox ölkəsindən 40-a yaxın beynəlxalq səyahətçinin işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb.
Heyətin rəhbəri dünyanın ən nəhəng 4 səyyah klubundan biri olan ABŞ-ın MTP (Most Travelled People) klubunun təsisçisi Şarl Veleydir.
Beynəlxalq səyahətçilər bundan əvvəl Şuşa şəhərini ziyarət ediblər.