Çərşənbə axşamı , 3 Mart 2026
Drone Cameras

Energetika naziri vətəndaşları qəbul edib

Energetika naziri Pərviz Şahbazov aidiyyəti struktur bölmələrin nümayəndələrinin iştirakı ilə nazirlikdə vətəndaşları qəbul edib.

Boyukmillet.com xəbər verir ki, qəbul zamanı vətəndaşların elektrik enerjisi təchizatı, işlə təminat və digər məsələlərlə bağlı müraciətləri dinlənilib, qaldırılan məsələlərin öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün müvafiq tapşırıqlar verilib. Qəbulda Bakı və Sumqayıt şəhərlərindən olan vətəndaşların müraciətinə baxılıb.

Energetika Nazirliyi vətəndaş müraciətlərinə baxılması işinin səmərəli təşkili məqsədilə rəhbər vəzifəli şəxslərin 2022-ci il üzrə vətəndaş qəbulu qrafiki nazirliyin saytında yerləşdirib. Eyni zamanda vətəndaşlar müraciətlərini (012) 974 “Çağrı Mərkəzi”, 598-16-55 “Qaynar xətt”i, [email protected] elektron poçt ünvanı və www.minenergy.gov.az internet səhifəsi vasitəsilə də Nazirliyə ünvanlaya bilərlər.

Check Also

Avropa Azərbaycan qazına daha çox bağlanır – Bakıdan yeni enerji hücumu

Cənub Qaz Dəhlizinin ötürmə gücü artırılır Martın 3-də Bakı Konqres Mərkəzində Cənub Qaz Dəhlizi Məşvərət …