Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Kreml: “Rusiya Azərbaycan-Ermənistan sərhədində gərginliyin azalması üçün səylərini əsirgəmir”

“Rusiya Azərbaycan-Ermənistan sərhədində gərginliyin azaldılması üçün səylərini əsirgəmir”.

“Report”un Rusiya bürosunun məlumatına görə, bunu Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov deyib.

“Təbii ki, Prezident Putin sərhəddə gərginliyin azaldılmasına kömək etmək üçün səylərini əsirgəmir və bu səylər davam edir”, – Peskov bildirib.

Xatırladaq ki, sentyabrın 12-də gecə saatlarında Ermənistan Silahlı Qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib.

Daha əvvəl Rusiya Xarici İşlər Nazirliyi Azərbaycan-Ermənistan sərhədində yaranmış gərginliklə bağlı narahatlığını bildirib.

Check Also

Prezidentlə oğlu Ağdamın Eyvazxanbəyli kəndinin təməlqoyma mərasimində iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və oğlu Heydər Əliyev sentyabrın 19-da Ağdam rayonunun Eyvazxanbəyli kəndinin …