Şənbə , 7 Sentyabr 2024
Drone Cameras

XİN: Rusiyanın 3200-dən çox vətəndaşı Suriya və İraqda terrorçular tərəfindən döyüşür

Rusiyanın 3200-dən çox vətəndaşı münaqişənin əvvəlindən müharibədə terrorçular tərəfindən döyüşmək üçün Suriya və İraqa gedib.
“Report” xəbər verir ki, bu barədə RİA “Novosti”yə müsahibəsində Rusiya Xarici İşlər Nazirliyinin Yeni Çağırışlar və Təhlükələr Departamentinin direktoru İlya Roqaçyov bildirib.
“Son illərdə qlobal terror təhlükəsi İŞİD terror qruplaşmasının yaranması və fəallığı ilə yeni keyfiyyət əldə edib. Bu qruplaşmanın fəaliyyətinin əsasını İraq və Suriya təşkil edir… Hüquq-mühafizə və xüsusi xidmət orqanlarının məlumatına görə, münaqişə zonasına 3200-dən artıq rusiyalı yollanıb. Bəzi hallarda döyüş aparmaq təcrübəsi qazanan və beynəlxalq terror təşkilatları ilə əlaqələri olan bu şəxslər Rusiyaya qayıtdıqdan sonra Şimali Qafqaz regionunda mövcud olan yeraltı quldur dəstələrə qoşulur. Onların yeni üzvlər cəlb olunmasında, terror aktlarının hazırlanması və həyata keçirilməsində iştirak etmək ehtimalı yüksəkdir”, – deyə İ.Roqaçyov vurğulayıb.
O, Rusiyanın həmçinin İŞİD tərəfdarları tərəfindən informasiya məkanında aparılan ideoloji təbliğatın genişlənməsindən narahat olduğunu bildirib.

Check Also

“Əsl millət vəkili necə olmalıdır, istəyirəm onu millətə təqdim edim” – Cahandar Bayoğlu ilə VİDEOMÜSAHİBƏ

22 saylı Nəsimi-Yasamal seçki dairəsindən deputatlığa namizəd Cahandar Cahandaroğlu (Bayoğlu) “Meşə” parkında seçiciləri ilə görüşüb.Boyukmillet.com …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir