Bazar , 7 Dekabr 2025
Drone Cameras

Lerikdə şəhidin dəfn mərasimi keçirilib

Lerikdə şəhidin dəfn mərasimi keçirilib.

Boyukmillet.com xəbər verir ki, rayonun Əvilə kəndində doğulub boya başa çatan Azərbaycan ordusunun hərbi qulluqçusu, 1994-cü il təvəllüdlü Şəmistan Əbdülağa oğlu Sadıqov doğulduğu kənddə torpağa tapşırılıb.

Şəhidin cənazəsini gətirən avtomobil karvanı yolboyu sakinlər tərəfindən üçrəngli bayraqlarla müşayiət olunub. Dəfn mərasimində rayon rəsmiləri, ictimaiyyət nümayəndələri, hərbçilər iştirak edib, şəhidin ruhuna dualar oxunub.

Qeyd edək ki, şəhid Ş.Sadıqov ötən gecə düşmən təxribatının qarşısını alan zaman qəhrəmancasına şəhid olub.

Check Also

Qubadlı şəhərinin işğaldan azad olunmasından 5 il ötür

Bu gün Qubadlı şəhərinin işğaldan azad olunmasından 5 il ötür. Boyukmillet.com xatırladır ki, müzəffər Azərbaycan …