Cümə , 22 Noyabr 2024
Drone Cameras

Jurnalistlərin VIII qurultayında 70-dək təşkilat iştirakını təsdiqləyib

İndiyədək jurnalistlərin VIII qurultayında 70-dək təşkilat iştirakını təsdiqləyib.

Bu barədə “Report”a Azərbaycan jurnalistlərinin VIII qurultayının keçirilməsi üzrə Təşkilat Komitəsindən məlumat verilib.

Qeyd olunub ki, Təşkilat Komitəsi Azərbaycan Mətbuat Şurasına üzv təşkilatlardan Azərbaycan jurnalistlərinin VIII qurultayında iştirak etmək üçün nümayəndələrin qəbulunu davam etdirir.

Bildirilib ki, indiyədək 70-dək təşkilat qurultayda iştirakını təsdiqləyib. Onlar eyni zamanda Mətbuat Şurasının İdarə Heyətinə namizədlərinin adlarını da təqdim ediblər. Qurultay nümayəndələrinin və namizədlərin qəbulu prosesi 2022-ci il sentyabrın 20-də başa çatacaqdır.

Təşkilat Komitəsi Mətbuat Şurasının İdarə Heyətinin Azərbaycan jurnalistlərinin VIII qurultayının 2022-ci il sentyabr ayının 24-də keçirilməsi barədə 6 sentyabr 2022-ci il tarixli qərarını rəhbər tutaraq Mətbuat Şurasına üzv təşkilatlardan nümayəndələrin və namizədlərin adlarının təqdim edilməsini tezləşdirməyə çağırır. Bununla bağlı müvafiq təlimat https://presscouncil.az/az/news/257 linkində yer alıb.

“TK onu da bildirir ki, Mətbuat Şurasının presscouncil.az saytında “Azərbaycan jurnalistlərinin VIII qurultayı” adlı ayrıca bölmə də yaradılıb ki, orada namizədlərin və nümayəndələrin verilməsi üçün anketlər yerləşdirilib (https://presscouncil.az/az/qurultay). Azərbaycan jurnalistlərinin VIII qurultayının keçirilməsi üzrə Təşkilat Komitəsi bir daha Mətbuat Şurasına üzv təşkilatları qurultayla bağlı prosedurları tez bir zamanda yerinə yetirməyə çağırır. TK bildirir ki, prosesin nəzərdə tutulan vaxtda – 20 sentyabr 2022-ci il tarixdə yekunlaşması ali məclisin keçirilməsi ilə əlaqədar digər işlərin də icrasını təmin etmək baxımından vacibdir”, – məlumatda bildirilib.

Check Also

MŞ-nin sədr müavini: Xarici qüvvələr Azərbaycana qarşı mediada dezinformasiyalar yaymağa cəhd edirlər

Xarici qüvvələr Azərbaycana qarşı mediada Qarabağ məsələsi, din, insan haqları mövzusunda dezinformasiyalar yaymağa cəhd edirlər. …