Bazar , 29 Sentyabr 2024
Drone Cameras

Şəhid Yunis Kazımov Qazaxda torpağa tapşırılıb

Ermənistan tərəfinin təxribatı nəticəsində şəhid olan Kazımov Yunis Qasım oğlu dəfn olunub.

Boyukmillet.com xəbər verir ki, Qazax rayon Kəmərli kənd sakini, 1993-cü il təvəllüd, XTQ zabiti Yunis Qasım oğlu Kazımovla Qazax rayon Kəmərli kəndində ailəsinin yaşadığı evin önündə vida mərasimi keçirilib.

Vida mərasimində şəhidin yaxınları ilə yanaşı ictimaiyyət nümayəndələri, Qazax sakinləri və hüquq mühafizə orqanlarının əməkdaşları iştirak edib. Sonra şəhid Kəmərli kənd Qəbiristanlığında dəfn olunub.

Allah rəhmət eləsin!

Check Also

Prezidentlə oğlu Ağdamın Eyvazxanbəyli kəndinin təməlqoyma mərasimində iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və oğlu Heydər Əliyev sentyabrın 19-da Ağdam rayonunun Eyvazxanbəyli kəndinin …